Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2016

"Düşünürdülər ki, Bəşər Əsədi devirə biləcəklər"

“Düşünürdülər ki, Suriya hökumətini və Bəşər Əsədi devirə biləcəklər” –İranlı deputatdan Suriya açıqlaması

“Dəfələrlə xəbərdarlıq etmişdik ki, Suriyada iş daha da çətinləşmədən gəlin, bu məsələni həll edək. Lakin diqqətə almadılar. Çünki düşünürdülər ki, Suriya hökumətini və Bəşər Əsədi devirə biləcəklər”.

Bunu apa-nın İran bürosuna açıqlamasında İran parlamentinin Təhlükəsizlik Komissiyasının sədr müavini İsmail Kövsəri deyib.

İ. Kövsəri qeyd edib ki, Suriyada ABŞ və Səudiyyə Ərəbistanının başlatdığı müharibə “Hizbullah” kimi qüvvələrin sayəsində davamlı məğlubiyyətlərlə üzləşib: “Suriya böhranının həlli suriyalı qüvvələrin qarşılıqlı müzakirəsi ilə ola bilər. Suriya xalqı özü bu ölkənin taleyi haqqında qərar qəbul etməlidir. ABŞ və Səudiyyə Ərəbistanı hələ də öncəki mövqelərindən geri çəkilməyiblər və düşünürlər ki, problemi özləri istədikləri kimi həll etməlidirlər. Amma biz deyirik ki, Suriya böhranı xarici qüvvələrin müdaxiləsi və hərbi yolla deyil, bu ölkə vətəndaşlarının iştirakı ilə ölkə daxilində həll olunmalıdır”.
695 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39