Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2016

“İŞİD Tehranda Milad Qülləsini partlatmalıdlr ki...”

"Cangüdən" filminin prodüsseri inqilabi mövzulara biganəlikdən gileylənib

İranda 34-cü Fəcr Kinofestivalında "Cangüdən" (Bodyguard) filmində ən yaxşı kişi roluna görə Pərviz Pərəstuyi, "Əbədi və bir gün" filmində ən yaxşı qadın roluna görə Pərinaz İzədyar mükafatlandırılıb. Festivalın ən yaxşı filmi mükafatı "Tozda dayanmış" filminin (rejissor Məhəmmədhüseyn Məhdəviyan) prodüsseri Həbibullah Valinejada təqdim edilib. 34-cü Fəcr Kinofestivalı 1 fevraldan 11 fevrala qədər davam edib.
Festivalda (rejissor) İbrahim Hatəmikiyanın "Cangüdən" filmi sənət əsəri kimi yadda qalıb. Filmin prodüsseri Ehsan Məhəmmədhəsəni festivalın finalındakı çıxışında hakimiyyəti inqilabi filmlərə əhəmiyyət verilmədiyi üşün tənqid edib. Son vaxtlar elə gün olmur ki, İrana Suriyadan şəhid gəlməsin. İnqilab keşikçiləri İŞİD-lə savaş meydanıəna atılır, Xanım Zeynəb (s) hərəmini canları bahasına müdafiə edirlər. Ehsan Məhəmmədhəsəni deyib: Festivala təqdim olunmuş 30 film arasında hərəm medafiəçiləri haqqında bircə film olmayıb. Demək, İŞİD, onun beynəlxalq hamiləri, cənab Kəndxuda (Amerikaya işarədir) Tehranın mərkəzində Milad Qülləsi və Azadlıq Qülləsini partlatmalıdır ki, özünüzə gələsiniz?!

Vilayet.info
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı