Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

İran istəsə, qitələrarası ballistik raketlər istehsal edər, amma...

İran qitələrarası ballistik raketlərin istehsal edilməsi imkanına və texnologiyasına malikdir, lakin onları istehsal etməyə heç bir ehtiyac görmür

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Aviasiya Qüvvələri komandanı Əmir Əli Hacızadə deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Hacizadə Məşhəd şəhərində çıxışı zamanı bildirib ki, bu gün İranda qitələrarası ballistik raketlərin istehsalı texnologiyası var: "Elə bu texnologiyaya sahib olduğumuz üçün orbitə peyk göndərə bilirik. Lakin İranın düşmənləri ölkə sərhədlərinə yaxın olduğundan çoxlu xərc çəkərək bu raketlərin istehsalına ehtiyac görmürük".

Hacizadə deyib ki, İranın pilotsuz təyyarələri, o cümlədən "Şahid-129" pilotsuz təyyarəsi İsrailə kimi uçmaq qabiliyyətinə malikdir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) iki həftə əvvəl Silahlı Qüvvələrin paradı zamanı ilk dəfə olaraq "Şahid-129" tipli pilotsuz təyyarələri nümayiş etdirib.
1590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı