Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2016

Rusiya öz generalına töhmət verdi

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri general-mayor İqor Konaşenkova töhmət verilib.

Bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Töhmətə əsas səbəb generalın Suriyada hərbi əməliyyatların yerinə yetirildiyi zonada çalışan jurnalistlərlə bağlı təhlükəsizlik tədbirlərinə kifayət qədər əməl etməməsi olub.

Qeyd edək ki, Konaşenkov bir müddət öncə rusiyalı və xarici jurnalistlərin Latakiyadakı Kinsibba bölgəsinə səfərini təşkil edib. Buraya gələn jurnalistlərə böyük çaplı artilleriya qurğularından atəş açılıb. Nəticədə Rusiya, Çin, Kanada və Bolqarıstandan olan dörd jurnalist yaralanıb.
990 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.06.17, 10:59
Ramazandan sonra
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
25.06.17, 16:17