Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2016

Murad Ədilovun kassasiya şikayətinə 16 apreldə baxılacaq

Şikayət Şirvan Apellyasiya Məhkəməsinin 27 oktyabr 2015-cil tarixli qərarından verilib

6 il azadlıqdan məhrum edilən AXCP üzvü Murad Ədilovun kassasiya şikayətinə 13 aprel 2016-cı ildə saat 10-30-da Ali Məhkəmədə baxılacaq.

Bu barədə vəkil Yalçın İmanov öz Facebook səhifəsində məlumat yayıb.

Vəkil bildirib ki, şikayət Şirvan Apellyasiya Məhkəməsinin 27 oktyabr 2015-cil tarixli qərarından verilib. Həmin qərarla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməyib: "Muradın 6 il azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəmənin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılıb".

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov 11 avqust 2014-cü ildə Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Saxlandığı vaxt ona ittiham elan edilmədən hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki zorakılıq edilib.

Sabirabad polis şöbəsinə gətirildikdən sonra cibinə polislərin qoyduqları narkotikin ona məxsus olması barədə təklifi rədd edib. Bundan sonra o ağır formada təhqir edilib, yaxınları, ailə üzvləri ilə bağlı şantajlara məruz qalıb, lakin yenə də öz əleyhinə ifadə vermədiyindən adları artıq bəlli olan Tərlanov Elman Zöhrab oğlu, İmanov Pərviz Nüsrət oğlu, Kazımov Azər Əzizağa oğlu ( DİN BNMİ-nin əməkdaşları), Sultanov Rauf Qalamirzə oğlu və Şəbəndiyev Vüsal Müzəffər oğlu ( Sabirabad RPŞ-nin əməkdaşları) və adlarını dəqiqləşdirə bilmədiyimiz daha iki nəfər tərəfindən döyülüb. Bu işgəncə polis şöbsəində rəis müavini Əlifağa Kazımovun gözləri önündə baş verib.

İki gün sonra Murad Ədilov Baş Mütəşəkkil Cinayətkarlığıa Qarşı idarədə saxlanılarkən DİN BNMİ-nin əməkdaşları yenidən ora gələrək ona qarşı mənəvi işgəncə sayılacaq hərəkətlərə yol veriblər, yenə də ondan etirafedici ifadələr almağa çalışıblar. Bütün işgəncələrə rəğmən Murad Ədilov saxta ifadə verməkdən imtina edib. Bu hallar məhkəmə qaydasında araşdırılıb, lakin məhkəmə bu hallara obyektiv qiymət vermədiyindən ( son işə baxan apelyasiya məhkəməsinin hakimi Qədim Babayev ) Avropa İnsan haqları məhkəməsinə şikayət edilib.

İşgəncə faktı ilə maraqlı məqamlardan biri vəkil Yalçın İmanovun Mütəşəkkil CQMİ və Muradın sonra saxlanıldığı təcridxanaya yolladığ sorğu zamanı üzə çıxıb. Belə ki, BMCQMİ Murad Ədilov ora daxil olarkən üzərində heç bir xəsarət izi olmadğını qeyd etsə də, Kürdəxanı Təcridxanası onun bud nahiyəsində xəsarət olduğunu göstərən cavab yollayıb.

Murad Ədilov Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb.
736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı