Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2016

Suriyada “ərəb baharı”nın qurbanları- Faktlar, rəqəmlər

Bu gün Suriyada dünya miqyaslı terrorçularla müharibənin beş ili ərzində kövrək, lakin böyük barışıq bərqərar olub. Martda artıq münaqişənin altıncı ili başlanıb.

O, Tunis və Misirdə hökuməti dəyişdirmək üçün inqilablar dalğasında mitinq və yürüşlərlə başlandı. Lakin müxalifətə Yaxın Şərq və Qərb ölkələrinin dəstəyindən sonra ictimai etiraz vətəndaş və hətta dini müharibəyə çevrildi. Bütün dünyadan on minlərlə təkfirçi vəhabi onun tiyanına atıldı və Suriyanın taleyinin necə olacağını bu gün heç kim bilmir. Beşillik qanlı müharibə əvvəllər tərəqqidə olan ölkə üçün olduqca kədərli şəkildə başa çatdı: hər əlli suriyalıdan biri həlak oldu, hər ikinci nəfər isə qaçqına çevrildi.

EADaily beynəlxalq təşkilatının məlumatı əsasında Suriyanın “ərəb baharı”na hansı bədəl ödədiyini hesablaylb.

Əhalinin dörddə biri azalıb

BMT-nin məlumatına görə, 2011-ci ildə Suriyada, təxminən 21 milyon əhali yaşayırdı. Müharibənin beş ili ərzində 250 min nəfər həlak oldu. Başqa beynəlxalq təşkilatlar daha yüksək rəqəmlər göstərir. Məsələn, Suriya Siyasət araşdırma mərkəzi (SSAM) 470 min nəfər həlak olduğundan danışır. Buna 1,9 milyon yaralı əlavə olunsa, onda ölkə beş ildə əhalinin 11,5%-i itirib.

Suriya münaqişəsi II dünya savaşından bəri ən qanlı müharibə oldu. Suriyalıların 45%-i yaşayış yerini dəyişməyə məcbur olub. 6,3 milyon nəfər daxili qaçqna dönüb, 4 milyondan çox adam isə ölkəni tərk edib və hazırda Türkiyə, İordaniya, Livan, İraq , Misir və AB-dədir. Həlak olan, yaralı və xaricə qaçanları cəmləsək, Suriya beş ildə əhalinin, haradasa, dörddə birini itirib. Ölkədə qalanların ömrü isə 70-dən 55 ilə düşüb.

İqtisadiyyyat: 85% əhali yoxsula dönüb

Müharibə Suriya iqtisadiyyatına 255 milyard dollarlıq ziyana başa gəlib. Onlarla şəhərin (2 milyon binanın), infrastrukturun, praktik olaraq, özülədək dağıdılmasından, neft-qaz hasilatının böyük hissəsinin isə hazırda İŞİD terrorçularının əlində olduğundan isə danışmağına dəyməz. Buna görə də təəccüblü deyil ki, suriyalıların 85%-i yoxsulluqdan aşağı həddə düşüb. BMT-nin məlumatına görə, hazırda onlara birbaşa humanitar yardım kimi 7,7 milyard dollar lazımdır. Rusiya EA dünya itisadiyyatı və beynəlxalq münasbətlər İnstitutunun direktoru Aleksandr Dınkin bildirdi ki, sonralar Suriyanın bərpası üçün ildə 100 milyard dollar lazım gələcək.

Həm də ölkə ancaq 9 ildən sonra 2010-cu il səviyyəsinə qalxa bilər. Suriya baş nazirinin keçmiş müavini və BMT-nin Qərbi Asiya üçün İqtisadi və sosial komissiyası icraşı katibinin müavini Abdulla əl-Dərdarinin dediyi kimi, o vaxt Suriyanın ÜDM-i 62 milyard dollar təşkil edirdi, lakin münaqişə nəticəsində 27 milyard dollaradək azalıb. Təkcə istehsal meydançalarının 90%-i, yaşayış binalarının isə yarısı dağıdılıb.

Təkfirçi vəhabi ekstremizim: yeni həyat

Türkiyə və Qərbin Bəşər Əsədi devirmək arzusu təkcə qanlı mühaibəyə səbəb olmadı, həm də dünya tarixində ilk dəfə terrorçuların dövlətinin meydana çıxmasına səbəb oldu. İŞİD bu gün bütün dünyaya təhdid daşıyır, Suriya münaqişəsinin əvvəlində isə yalnız Terrorçu qruplaşmalarının Şamda “xilafət” yaratmaq uğrunda çıxış edən kiçik koalisiyasını təmsil edirdi. Müharibə üzündən ölkənin əksər ərazilərindəki hakimiyyət boşluğu və Yaxın Şərq ölkələrinin, Qərbin səhlənkarlığı buna səbəb oldu ki, İŞİD vəhşiləri cəmi bir neçə ay ərzində dünya düzəni üçün ən təhlükəli çoxminlik terrorçular ordusuna çevrildi, bu gün Suriya və İraq ərazilərinin, demək olar, üçdə birini tutur və həm Köhnə, həm də Yeni dünyanın daxili təhlükəsizliyinə təhdid təşkil edir. İŞİD-in ABŞ və Avropadakı teraktları artıq 200-dən çox adamın həyatına son qoyub.

Eyni zamanda 2001-ci il 11 sentyabr teraktları ilə ABŞ-ın Əfqanıstana müdaxiləsinə səbəb olmuş “Əl-Qaidə” ikinci həyat qazandı. Terrorçu qruplaşma orta əsrlər görkəmində təkfirçi vəhabi dövləti yaratmaq məqsədini dəyişməyib. Hər halda “Cəbhət ən-Nusra” terrorçularının Suriya qanadı və müttəfiqləri münaqişədə uğurlu rol oynadılar və beş il ərzində “mötədil müxalifət”in zərbə gücünə döndülər. Bu isə bu gün bərqərar olmuş barışığı böyük sual altında qoyur və münaqişənin həllini daha da qəlizləşdirir.

Avropanın Suriya faciəsi

Dəməşq uğrunda müharibə Avropa ölkələrinin dəstəklədiyi “ərəb baharı”nın bütün faciəsini göstərdi. ABŞ uzaqda və okeanla ayrılmış olsa da, AB Yaxın Şərqdə “demokratiya qurmaq” istəyinin nə ilə başa çatdığını artıq dadıb. Nəticə ikidir. Birincisi – təkcə keçən il AB-yə 900 min, bu ilin ilk iki ayında isə 100 min mühacir gəlib. Bu cür axın Avropada ən böyük köç böhranına səbəb oldu və AB-nin mövcudluğu məsələsini şübhə altına aldı. Azad yerdəyişmə qaydalarına baxmayaraq, Mərkəzi Avropa ölkələrinin bir qismi praktik olaraq sərhədi qaçqınların üzünə bağlayıb. Məsələn, Serbiya, Makedoniya və Avstriya. Eyni zamanda əsas qaçqın axınının keçdiyi Yunanıstan artıq qaçqın axınına tab gətirmir, AB-nin bir çox ölkələri isə Brüsselin qaçqınları yerləşdirmək bölgüsünə qarşı açıq şəkildə çıxış edirlər. Həm də bunun səbəbi təkcə insan axını və iqtisadi məsrəflər deyil. Köhnə dünyaya yad mədəniyyət və qaçqınların alışdığı həyat tərzi AB-də artıq çoxdan islamlaşmağa və cinayətkarlığın artmasına gətirib çıxardıb.

“Ərəb baharı”nın AB üçün daha bir nəticəsi Rusiya və İraqa “cihad”a yollanmış beş minə yaxın AB vətəndaşıdır. Parisdəki teraktın göstərdiyi kimi, onlar qayıdır və terrorçu şəbəkələr yaradırlar.

Miras: taixin itirlmiş 5 min ili

Suriyada bərpa ediləcək ən çətin şey, əsasən, vəhşi terrorçuların dağıtdığı mədəni-tarixi abidələrdir. Amerika The Antiquities Coalition QHT-nin məlumatına görə, tarixi mirasla zəngin ölkədə müharibənin beş ili ərzində tarix və mədəniyyətin beş min ilini təmsil edən layiqli abidələr məhv edilib. Onların altısı YUNESKO-nun nəzarətində idi. Məsələn, şiələrin ən sayğılı simlardan biri və Məhəmməd peyğəmbərin övladlarının varisi Məhəmməd bin Əlinin məqbərəsi. Bu, İŞİD terrorçularının Palmira rayonunda partlatdığı iki sərdabədən biridir. Ekstremistlər Suriya ərazisində onlara tabe olan ərazilərdə 50 sərdabəni dağıdıblar. Onların paytaxtı sayılan Rakkada yaradılması e.ə. VII əsrə aid edilən iki bazalt şir heykləlini məhv ediblər. Onlar bir zamanlar Assuriya sarayının girişndə dururdu.

Hökumət qoşunları ilə “mötədil terrorçu”ların arasında gedən amansız döyüşlərdə isə Hələb və Dəranın qədim məscidləri ciddi şəkildə zədələnib. Sonuncunu yeddinci əsrdə inşa edilib və dünyada ən qədim məscidlərdən bir sayılır.

Məaludakı müqəddəs Fəkla monastrına hücumu da “mötədil terrorçuların parlaq uğuru”na aid etmək olar. Onlar qədim xristian monastrının daxilində bütün müxəlləfatı məhv ediblər. Hətta ikonadan qalanan tonqalın başında qızınırdılar. Lakin bunlar Suriyanın tam itkisi deyil. The Antiquities Coalition-un məlumatna görə, terrorçuların tutduğu ərazilərdən 2 milyard dollarlıq artefakt yox olub./strateg/
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı