Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2016

İmam Xomeyni (r) 50 il sonranı düşünürdü

Seyid Sadiq Təbatəbainin referendum xatirələri

Doktor Seyid Sadiq Təbatəbi Musa Sədrin bacısı oğlu, Seyid Əhməd Xomeyninin qaynı olub. İmam sürgündə olduğu zaman, inqilabın ilk illərində inqilab rəhbərinin tapşırıqlarını yerinə yetirib. Bazərgan hökumətinin sözçüsü olub. (imam-khomeini.ir) Sonradan xaricə mühacirət edib, ötən il dünyasını dəyişiub. Doktor Təbatəbai inqilabın ilk günlərini belə xatırlayır:
Mən o zaman teleradio şirkətində daha çox olurdum. Sonra İmam tapşırdı ki, Bazərqan hökumətinin mətbuat katibi olum. İnqilabdan bir ay ötməmiş Əhməd Ağa Qumdan zəng vurdu ki, referendum keçirilməlidir. Dedi Daxili İşlər Naziri ilə bu barədə danışım. Nazir dedi ki, referendum keçirmək üçün icra aparatı olmaldır, hələ ki belə imkanlarımız yoxdur. Əhməd Ağa ilə danışıb təkid etdim ki, İmamın fikrini dəyişsin. Seyid Əhməd dedi ki, İmamın fikri qətidir, referendum keçirilməlidir. Dedi ki, mən daha deyə bilmərəm, özün danış... Mən Quma yola düşdüm. İmama dedim ki, dünya bilir xalq sizin arxanızda dayanıb, nə desəniz qəbul edəcəklər. Əminəm ki, İslam Respublikası elan etsəniz, xalq da, dünya da qəbul edəcək. İmam buyurdu: Siz anlamırsız ki, bu gün qəbul etsələr də, 50 il sonra deyəcəklər xalqın emosiyalarından, inqilabi həyəcandan sui-istifadə edib bu quruluşu qəbul etdirdilər. Ona görə də xalq səs veməlidir. Tərəfdarla müxalif bilinməlidir, nəticə rəsmən elan edilməlidir...

Vilayet.info
1029 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat