Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2016

İŞİD-in paytaxtında üsyan - Təcili

İŞİD-in özünə paytaxt elan etdiyi Suriyanın Rakka şəhərinin sakinləri terrorçulara qarşı üsyana qalxıb.

Bu barədə “Sputnik” agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Məlumata görə, üsyançılar Rakkanın 5 məhəlləsində Suriyanın bayrağını asıb. Daha sonra isə 2 məhəllənin sakinləri onlara qoşulub.

Mitinqdən sonra terrorçularla xalq arasında qarşıdurma yaşanıb. Şəhər sakinlərinin bir çox terrorçunu məhv etdiyi bildirilir. Bəzi məlumatlara görə isə 200-ə yaxın terrorçu öldürülüb.

Bundan əlavə, 100-ə yaxın terrorçunun üsyandan təlaşa düşdüyü və qaçmağa çalışdığı bildirilir./axar/
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber