Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2016

07 martda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: 
 
Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacaq, axşam tədricən kəsiləcək. Mülayim qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçalanda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Səhər dağlarda duman olacaq, şimal-şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.
632 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10