Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

İşdən çıxarılan icra başçıları həbs oluna bilər

Onların fəaliyyətlərinin yoxlanılmasına başlanılıb

Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçıları işdən çıxarıldıqdan sonra “Azadlıq” qəzeti məlumat yaymışdı ki, daha bir neçə rayonun rəhbəri vəzifəsinə əlvida deyəcək. Xüsusilə etiraz aksiyaları keçirilən rayonların icra başçılarının vəzifədən uzaqlaşdırılması “yuxarılar”da müzakirə mövzusudur.

Yada salaq ki, manatın ikinci devalvasiyasından sonra Lənkəran, Füzuli, Siyəzən, Ağcəbədi, Ağsu, Quba, Beyləqan, Astara və Cəlilabadda kütləvi aksiyalar keçirilib. Təcrübə göstərir ki, hakimiyyət belə vəziyyətlərdə məsuliyyət daşıyan məmurları həmən cəzalandırmır. Bununla xalqın ayağa qalxmasına rəvac verəcəyini düşünür. Lakin bir müddət keçəndən sonra əməlləri ilə iqtidarı nüfuzunu zərbə vuran məmurlar işdən çıxarılır.

Işdən çıxarılan icra başçılarının məsuliyyətə cəlb olunacağı barədə də iddialar var. “Təzadlar” qəzeti yazır ki, artıq Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyev, Laçınının sabiq icra başçısı Akif Səlimov və Salyanın sabiq icra Tahir Kərimovun fəaliyyətinin yoxlanılmasına tapşırıq verilib. Xüsusən də Cəbrayılın icra başçısı Mahmud Quliyevin: “Mahmud Quliyevin şikayətçi vətəndaşı ağır küçə söyüşü ilə təhqir etməsini, həbs etdirəcəyi ilə hədələməsini əks etdirən video aidiyyəti hüquq-mühafizə orqanlarına da təqdim edilib. Bundan əlavə, Mahmud Quliyevin Biləsuvarda (Cəbrayıl Rayon Icra Hakimiyyəti bu rayonda yerləşir) min hektarlarla əkin sahəsi, mal-qoyun fermaları, Bakıda isə iaşə obyektləri, qohumlarının, hətta qaynanası və baldızının adına təzə mənzillər, bahalı butikləri, dükanları var.

Mahmud Quliyevin fəaliyyətinin yoxlanılması barədə Baş Prokurorluqda təhqiqata başlanılıb. Bu işdə Hesablama Palatasının ötən illərdə Cəbrayıl Rayon Icra Hakimiyyətində büdcə vəsaitlərinin xərclənməsi barədə rəyləri də əsas götürülüb. Ən vacibi, Mahmud Quliyev Satınalmalar üzrə Dövlət Agentliyinə saxta MMC-lərin adına tender uduşları edərək büdcə vəsaitlərini dağıtmaqla məşğul olub”.

Mənbə qeyd edib ki, oxşar yoxlamalar Laçının və Salyanın RIH başçıları barədə də aparılacaq. Artıq aidiyyəti qurumlara tapşırıqlar verilib.
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber