Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

O sözləri İlham Əliyev desəydi…

“Tula payı” alanlar ona da etiraz edə bilərdilər?

AXCP sədri Əli Kərimlinin ölkəyə gətirilən meyvə və quru meyvələrin gömrükdə bazar qiymətindən 20-30 dəfə ucuz qiymətlərlə rəsmiləşdirilməsi haqda yaydığı məlumatlar böyük səs-küyə səbəb oldu. Bir daha təsdiqləndi ki, hökumət vətəndaşla düşmən kimi davranır, monopolist məmurlar insanları ağır sınağa çəkir və məhsulların maya dəyərini ucuz qiymətə rəsmiləşdirməklə vergidən milyonlar yayılır.

Amma daha maraqlısı bəzi adamların bu məsələdən narahatlıq keçirməsi oldu. Parlamentdə oturanından tutmuş, qəzetdə əlaltılıq eləyənə qədər müxtəlif şəxslər Əli Kərimliyə qarşı hücuma keçdi. Diqqəti məsələnin mahiyyətindən uzaqlaşdırmaq üçün “muzdlu”lar şər-böhtan kampaniyasını davam etdirdilər. Ona görə “davam etdirdilər” yazırıq ki, bu adamlar uzun müddətdir “missiya” həyata keçirirlər və prinsipial məqamlarda öhdəliyə əməl edirlər.


Görünür, qoz-fındıq çoxları üçün dolanışıq yeridir. Yəni, gömrük maxinasiyası nəticə etibarilə kimlər üçünsə “tula payı”na çevrilə bilir. Ona görə də baş gömrükçünün xoşuna gəlmək üçün deputatdan tutmuş, qəzet yazarına qədər hamısı qələmə sarılıb.

Gərək, o qədər “padoş” olasan ki, bu boyda rüsvayçılığı ört-basdır etməyə girişəsən. Görünür, müəyyən “baryer”ləri keçəndən sonra “sırtıq”lıq asanlaşır.

Amma əsl toxunmaq istədiyimiz məqam bu da deyil. Bilirsiniz ki, son müşavirələrdə ölkə başçısı korrupsiyanın, israfçılığın, süni qiymət artımlarının, monopoliyanın olduğunu etiraf edib. Biz ölkədəki monopoliyadan, korrupsiyadan, məmur özbaşınalığından, natəmiz adamalrdan yazanda bizi topa tutanlar, prezidentin bu etiraflarını yüksək qiymətləndirməyə başladılar. Səngərini dəyişmiş qəzet də ölkə başçısının addımlarını “inqilabi dəyişiklik”, “ciddi islahatlar” kimi təqdim etməyə başladı.

Indi vəziyyət daha da ağırlaşır, böhran dərinləşir. Ola bilər ki, ölkə başçısı bu dəfə çıxışında gömrükdəki maxinasiyalara, məhsulların ucuz qiymətə rəsmiləşdirilməsinə də münasibət bildirsin. Çünki, bu məsələ cəmiyyətdə geniş yayılıb və hamı həqiqəti bilir. Belə olan halda qoz-fındıq sevdalıları Ilham Əliyevə də etiraz edəcəklərmi? Bu gün Əli Kərimlini cəmiyyəti çaşdırmaqda ittiham edən deputat, cəbhəçiləri zombi adlandıran yazar və digərləri eyni cəsarəti Ilham Əliyevə qarşı nümayiş etdirə biləcəklərmi?

Çətin ki, belə olsun. Bu adamların üzü o qədər daşlaşıb ki, Əli Kərimlinin dediklərini Ilham Əliyev təkrarlasa, bunu “inqilabi addım” kimi təqdim edəcəklər. Əsas odur ki, üz sürtülüb-sürtülüb bərkisin. Bunların isə üzü çox sınaqlardan keçib./azadliq/
629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 0