Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

Bakının mərkəzində sahibkar odlu silahla qətlə yetirildi

Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə martın 6-da axşam saatlarında rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “MM” çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.
Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir-neçə dəfə zəng edərək pulunu istəyib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “MM” çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.
V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçsa da, istintaqdan yayına bilməyib. Məlumata görə, onu valideynləri Ağsu rayon Polis İdarəsinə təhvil veriblər.
550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber