Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

İŞİD-in "paytaxt"ı Rəqqada 200 terrorçu sakinlərin tərəfinə keçib

FaktXəbər-in Sputnikə istinadən verdiyi məlumata görə, Suriyanın Rəqqa şəhərində təqribən 200 silahlı qruplaşma üzvü İŞİD-ə qarşı ayağa qalxmış sakinlərin tərəfinə keçib.
Bundan əvvəl terrorçuların özlərinə paytaxt elan etdikləri Rəqqa sakinləri şəhərin bir neçə məhəlləsində Suriya dövlət bayrağını asmışdılar.

"İŞİD-din təqribən 200 üzvü Rəqqa sakinlərinin tərəfinə keçib. Bu da onları şəhərə girişdə blokpostlar qurmağa məcbur edib", deyə agentlik bildirir.

Mənbənin məlumatına görə, Rəqqa sakinləri toqquşmalar zamanı terrorçuları şəhərin 5 rayonunda sıxışdıra biliblər. Sakinlər hökumət qoşunları ilə mobil rabitə vasitəsilə əlaqə yarada biliblər.

Qeyd edək ki, şənbə günü terrorçulara qarşı qiyam təşkil edənlər Rəqqa şəhərinin 5 məhəlləsində Suriya bayrağını dalğalandırmışdılar. Bu məhəllələrdən ikisində şəhərlilər Suriya ordusuna dəstək üçün kütləvi mitinq keçiriblər.

İŞİD-in özünə paytaxt elan elədiyi Rəqqa şəhəri 2013-cü ildə terrorçuların əlinə keçmişdi.

Suriya ordusuna kürd könüllülər çox böyük kömək göstərirlər. Bu gün kürdlər terroroçuların əsas şəhərinə şimal-şərq tərəfdən, Ordu isə Hələb tərəfdən yaxınlaşır.

Bundan əlavə dünən gecə kürd könüllülər terrorçuların Türkiyə və Rəqqa tərəfindən hücum edərək ələ keçirdikləri Təl-Abad şəhərini də İŞİD-in əlindən ala bilib. Bu zaman 140 terrorçu məhv edilib.

İŞİD-ə qarşı döyüşdə qazanılan uğurlar bununla bitmir. Dünən Rəqqaya qonşuluqda yerləşən və terrorçuların nəzarətində olan Deyr əz-Zor əyalətindən azı 80 xarici muzdlu terrorçu qaçıb. Hazırda İŞİD "öz silahdaşlarını" fərariliyə görə cəzalandırmaq üçün axtarışlara başlayıb.
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı