Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

İstanbulda avtobusa "Molotov"lu hücum

İstanbulda üzlərində maska olan silahlı bir qrup 34 DP 0229 nömrəli marşrut avtobusuna hücum edib.

"Sabah"ın xəbərinə görə, onlar avtobusu saxlayaraq, sərnişin və sürücüləri düşürüb, əllərindəki "Molotov kokteylləri"ni avtobusa atıblar.

Avtobus qısa müddətdə alovlanıb, təcavüzkarlar bundan sonra hadisə yerindən qaçıb. Avtobusdakı yanğın yol kənarında park edilən bir avtomobilə də sıçrayıb.

Hadisə yerinə gələn xilasetmə qruplarının müdaxiləsi ilə yanğın söndürülüb. Lakin avtobusu və avtomobil yararsız haladüşüb.
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!
19.07.17, 15:37