Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

Real islahat əvəzinə, yalançı addımlar

Hökumətin aldatdı siyasəti

Bir daha təsdiqləndi ki, heç bir böhran, fəlakət, səfalət hökuməti real addımlar atmağa sövq etmir. Əksinə, sosial-iqtisadi böhran dərinləşdikcə, hökumətin imitasiya siyasəti də gücləndi. Vətnədaşlara müxtəlif vədlər verilsə də bir müddətdən sonra bu vədlərdən imtina edildi. Ölkə başçısı imzaladığı bir neçə sərəncamı ləğv etdi.

Əhalinin kütləvi borclanmaya getməsi, insanların intihar yolunu seçməsi, valyuta ehtiyatlarının sürətlə azalması hökuməti qətiyyən narahat etmədi. Yəni, oğurlanan milyardların bir hissəsini dövriyyəyə buraxmaq əvəzinə, dünyadan borc istəməyə üstünlük verdilər. Eyni zamanda nə maaşlar artdı, nə qiymətlər aşağı salındı, nə də ixtisarlar dayandırıldı, nə də dollarla krediti olanlara güzəşt edildi.


Bütün bunlar azmış kimi mənasız sərəncamları, fərmanları islahat kimi təqdim etməyə başladılar. Əvvəlcə məmurları bölgələrə ezam etdilər və təbliğat apardılar ki, hökumət komandası vətəndaşların dərdini dinləməyə gedib. Amma məlum oldu ki, bölgələrə səfər zamanı məmurlar büdcə təşkilatlarında çalışan şəxslərlə, rayon rəhbərliyi ilə görüşür, sadə vətəndaş isə hasarın o tayında qalıb.

Daha sonra “Apelyasiya Şurası” yaratdılar və bunu uğurlu addım kimi təqdim etdilər. Guya, bundan sonra Apelyasiya Şuraları ciddi nəzarət həyata keçirəcək və qanunsuzluq edən vəzifəliləri cəzalandıracaq. Amma balaca uşaq da başa düşür ki, bu ölkədə Apelyasiya məhkəməsinni səalhiyyəti yoxdursa, qanunlar kağız parçasına çevrilibsə, hansısa Apelyasiya Şurası nəticəni dəyişə bilməz. Həmin yaradılmış şuralarda başqa planetdnə gələnlər işləməyəcək, hökumətin yoluxmuş adamları çalşacaq. Yəni, ölkədə nəzarət həyata keçirməli qurumlar faktiki olaraq gücsüz vəziyyətdədir və yeni şuranın inqilab etməsi mümkün deyil. MTN-in, DIN-in, Prokurorluğun edə bilmədiyini bu şuralarmı edəcək?

Ardınca aləmə səs salıblar ki, Maliyyə Sabitliyi Komitəsi yaranacaq. Verilən məlumata görə bu komitədə ÿMaliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi təmsil olunacaq.

Həqiqətən də camaatı ələ salıblar. Əgər bu nümayəndələr maliyyə sabitliyini qoruya bilirdilərsə, niyə maliyyə siyasəti iflasa uğrayıb? Maliyyə Nazirliyi, Mərkəzi Bank nə işlə məşğuldur ki, belə bir quruma zərurət yaranıb? Yeyintidən, korrupsiyadan söhbət gedirsə, bunun üçün də aidiyyatı qurumlar var. Bu nümayəndələrin səlahiyyətləri Elman Rüstəmovdan, Samir Şərifovdan artıq olacaq? Bank sistemi iflas edib, maliyyə siyasəti “qəza”ya uğrayıb və bütün bunlar məqsədli şəkildə həyata keçirilib. Korrupsiyanın, maliyyə dələduzluğunun normaya çevrildiyi ölkədə, maliyyə sabitliyi komitəsi nəticəni dəyişə bilərmi? Ölkədən 95 milyard oğurlananda maliyyə sistemində sabitlik yaratmaq heç kimin yadına düşmürdü. Indi gözə kül üfürmək üçün “islahat”a başlayıblar.

“Inqilabi dəyişikliklər” bununla da bitmir. Dövlət başçısının bir sıra dövlət idarələrinin və müəssisələrinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı imzaladığı sərəncam da var. Sərəncamın şamil edildiyi dövlət idarələri aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən müqavilələrin imzalanmasında iştirak edə bilməz. Yəni idarələr yalnız aktivlərinin 5 faizini təşkil edən məbləğə qədər müqavilələrin bağlanmasında iştirak edə bilər. Bundan yuxarı məbləğləri müvafiq dövlət strukturları tənzimləyəcək.

Ilk baxışdan belə görünür ki, hökumət şəffaflığı təmin etmək, büdcədən yayınmaların qarşısını almaq istəyirmiş. Amma heç kimə sirr deyil ki, bu sərəncam etimadsızlıqdan doğub. Bəli, hökumət kadrlarına inanmır, korupsiyanın hamının canına hopduğundan əmindir və buna görə də böyük pullara özləri nəzarət etmək istəyirlər. Dünənə qədər neft pulları sel kimi gəlirdi və aşağı strukturların gölməçə düzəltməsinə göz yumulurdu. Indi isə gölməçələrin suyunu da öz “akvarium”larına yönəldirlər. Yəni, bu sərəncamın vətəndaşa, dövlətə heç bir xeyiri yoxdur.

Belə “islahat”ların sırasını genişləndirmək də olar. Sadəcə olaraq bir neçə nümunəylə göstərmək istədik ki, hökumətin problemlərin həllinə yönəlik hər hansı addım atmaq fikri yoxdur.

Hansıki, indiki şəraitdə ciddi anti-böhran tədbirləri görülməli, sahibkarlara həqiqi imkanlar yaradılmalı, qiymətlər endirilməli, bank kreditləri ilə bağlı güzəştlər olunmalı, gömrükdə həqiqi islahatlar aparılmalıydı. Göründüyü kimi hökumət bacardığı qədər vaxt udmaq, görüntü yaratmaq istəyir. Fakt budur ki, ölkə əhalisi hər ötən gün daha ağır vəziyyətlə üz-üzə qalır və heç bir yaxşılaşma hiss etmir.

Bir sözlə, hökumət aprel ayına da yalanla daxil olur. Bəli, vətəndaşla 1 aprel zarafatı edirlər. Həmişəki kimi sərəncamın, fərmanın, vədlərin çin olacağını deyirlər, axırda da zarafat çıxır./azadlıq/
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber