Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2016

Aptekçəyə görə cərimələr artırıldı

Yəqin hansısa məmurun gətirdiyi aptekçalar satılmır...

Ötən ilin dekabrında Milli (ZİLLƏT) Məclis tərəfindən qəbul edilən və bu il martın 1-dən qüvvəyə minən Yeni İnzibati Xətalar Məcəlləsində dərman qutusunun olmamasına görə sürücüləri 10 manat cərimə gözləyir.

İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsində qeyd olunur ki, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə 10 manat miqdarında cərimə nəzərdə tutulur. Bundan əvvəl isə eyni xətaya görə 3 manatdan 5 manata qədər cərimə nəzərdə tutulurdu.

Qeyd edək ki, əvvəllər yol polisi əməkdaşları aptekçəyə görə cərimə tətbiq etməyə o qədər də həvəsli olmasalar da, artıq son günlər dərman qutusu olmayan nəqliyyat vasitələrini idarə edən sürücülərin cərimələnməsi hallarına rast gəlinir.
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
Go to TOP