Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Ata əliboş qayıdıb - Şeir

Uşaqları yatızdırıb
arzuların soruşan
ataların ölkəsində
analar yaddan çıxıb.
Qızıl mədənində tozdan
nəfəsi daralanlar,
nöyütlənib qaralanlar
ölüm üçün darıxıb.
Ata əliboş qayıdıb,
durub qapı dalında.
Əl-ayağı əsə-əsə
gözləyir hamı yata.
Ana işığı keçirib
yatağına qaçır ki,
gün uzunu ov tapmamış
şir yuvaya qayıda...
Amma uşaq-böyük yatdı
rənglər dəyişir tamam,
nə yaxşı ki, zalımların
yuxuya əli çatmır.
Qəzzə, Yəmən, Suriyada
uçan binalar altda
yatan körpə balaları
mərmilər də oyatmır.
Atalarsa - ər atalar
sübhə kimi oyaqdı.
Amma özün tək görənlər
bilmir ki, sayı yoxdu.
Bu qorxuyla ac qarına
küçələrdə dolaşan
kişilərin ağ-qaralı
qızıldan payı yoxdu.

A.Eyvazov
1118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
24.05.17, 09:23