Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Gürcü ordusunda xidmət edən müsəlman əsgərlər namaz qıla biləcəklər

Gürcüstan Ordusunda xidmət edən əsgər və zabitlər ibadətlə məşğul ola biləcəklər. Bunun üçün hərbi hissələrdə xüsusi otaqlar tikilib.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze Gürcüstan Silahlı Qüvvələrinin III briqadasının ərazisində ibadət yerlərinin açılışını ediblər. Bildirilib ki, bu briqadada 103 nəfər müsəlman hərbi qulluqçu var.

Açılışdan sonra B.Kamaşidze müsəlman hərbi qulluqçular ilə birlikdə həmin otaqlarda digər ayinləri yerinə yetiriblər.

Tinatin Xidaşeli hərbçilərlə söhbətdə deyib ki, demokratik ölkədə dini etiqad azadlığının qorunub saxlanılması vacib amillərdən biridir. Bütün hərbi hissələrdə müsəlmanlar üçün ibadət yerləri inşa olunacaq.
821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi