Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Bank kreditini ödəmək istəməyən şəxs cinayət törətdi

Siyəzən rayonunda martın 7-də bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, 40 yaşlı Rafael Hüseynov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub.


Xəsarət alan şəxsin ailə üzvlərinin bildirdiyinə görə, hadisəni qonşuları törədiblər.

Belə ki, R. Hüseynovun bacısı hadisəni törədən şəxs üçün bankda zamin durub. Həmin şəxs banka olan borcunu ödəmədiyinə görə borcu xəsarət alan şəxsin bacısı ödəməli olub. R Hüseynov da qonşusunun evinə gedərək borcunu ödəməsini bildirib. Bank kreditini ödəməyəcəyini bildirən qonşu onu bıçaqlayıb. Hazırda xəsarət alan şəxs evə buraxılıb./apa/
622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı