Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2013

Türkiyədə “Balyoz davası”nda generallara ağır cəzalar

Ordu generalları 20 il həbs cəzası aldı, MHP üzvü Engin Alan mandatdan məhrum edildi
Ötən gün Türkiyə 9-cu Apelyasiya Məhkəməsində “Balyoz (kuvalt) planı” adlı cinayət işi ilə bağlı qərar elan olunub. Məhkəmə aralarında Türkiyə ordusu generallarının da olduğu 361 müttəhim barədə məhkəmə qərarlarını təsdiqləyib.
Məhkəmənin qərarına əsasən 361 nəfərdən 36 müttəhimə bəraət verilib, 25 müttəhim barədə verilən məhkumluq qərarı bəraət verilməsi ilə ləğv olunub, eyni zamanda həmin şəxslər azadlığa buraxılıb. Eyni zamanda 63 məhkumun hərəkətləri “cinayət törətmək məqsədilə razılaşma cinayəti” hesab olunub və onlar haqda qərar ləğv edilərək azadlığa buraxılıblar. Ümumilikdə 273 məhkum barədə yekun qərar verilsə də, 88 məhkumun işinin İstanbul 10-cu Ağır Cəza Məhkəməsinə göndərilməsi qərara alınıb.
Qeyd edək ki, “Balyoz davası”nda Türkiyənin bir sıra tanınmış şəxsləri, o cümlədən ordu generallarının adı keçir. Bunların arasında Çətin Doğan, Xəlil İbrahim Fırtına, Bilgin Balanlı, Engin Alan, Ergin Sayqun, Nejat Bek, Süha Tanyeri, Şükrü Sarıışık, Özden Örnek kimi məşhur isimlər də var. Yeri gəlmişkən, Azərbaycanda da tanınan ordu generalı, MHP-dən olan millət vəkili Engin Alan barəsində 18 illik həbs qərarı çıxarılıb. Bununla da onun deputat mandatına da xitam verilib.
Qərar Türkiyədə müxalifət dairələrində ciddi narazılıqlar qarşılanıb. Türkiyənin hazırkı hökumətinin ordudan qisas cəhdi kimi dəyərləndirilib. Prosesdə vəkil kimi iştirak edən Hüseyn Ersöz Konstitusiya Məhkəməsinə qərardan şikayət verəcəklərini, amma ümumilikdə verilən qərarın məhkəmələrə olan inamı sarsıtdığını bildirib.
Qeyd edək ki, Türkiyədə son illərin ən səs-küylü məhkəmə proseslərindən olan “Balyoz davası” yerli “Taraf” qəzetində dərc olunan yazıdan sonra başlayıb. 20 yanvar 2010-cu ildə qəzetdə dərc olunan məqalədən sonra məqalədə qeyd olunan faktlara istinad edərək İstanbul Respublika Prokurorluğu istintaq prosesi başladıb. İddiaya görə, Türk Silahlı Qüvvələrinin bir sıra yüksək rütbəli zabitləri hökumət əleyhinə hərbi çevriliş hazırlayıb. İlk məhkəmə prosesinin 16 dekabr 2010-cu ildə başladığı “Balyoz davası” prosesində 150 həbsdə olan ümumilikdə 365 müttəhim mühakimə olunub. 2012-ci ilin sentyabrında məhkəmə prosesi bitib və 325 müttəhimə ağırlaşdırılmış ömürlük cəza verilib. Ancaq sonradan cəzalar yüngülləşdirilib. Eyni zamanda bu prosesdə mühakimə olunan Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Xəlil İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı admiral Özden Örnek və Türkiyə 1-ci Ordu komandanı ordu generalı Çətin Doğanın ömürlük cəzaları sonradan 20 illik həbslə əvəz olunub.

KƏNAN/Müsavat
1643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31