Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Bayram qabağı vəziyyət: satan çox, alan yox

Süfrələrin çeşid-çeşid şirniyyatlarla bəzəndiyi Novruz bayramı yaxınlaşdıqca bazarlarda çərəz, daha doğrusu qoz və fındığa olan tələbat artır. Kəpəz TV (Region TV) xəbər verir ki, elə bunun nəticəsidir ki, Gəncənin bazarlarında bu çərəzlərin bolluğu müşahidə edilir. Lakin alıcı qıtlığından əziyyət çəkən satıcılar vəziyyətin ürəkaçan olmadığı qənaətindədirlər.
Satıcılar bildirirlər ki, bu il bazara çıxarılan qoz-fındığın qiyməti ötən illə müqayisədə daha ucuz olsa da, alıcılıq qabiliyyəti aşağıdır.

Satıcı: "Ötən ilə baxanda, bu il çox ucuzdur. Məsələn, fındıq 3 manat 50 qəpiyədir, ancaq ötən il 5-6 manata idi. Qoz da onun kimi - 3 manat 50 qəpik, 4 manata satılır".

Satıcı: "Alıcılıq çox zəifdir, imkan yoxdur. Meyvələr elə baha deyil. Keçən il olduğu kimi ucuzdur. Öz malımızdır, Qəbələdən gətirmişik, sata bilmirik".
Bazardakı vəziyyət onu deməyə əsas verir ki, təklif tələbi üstələdiyindən qarşıdakı günlərdə də qoz-fındığın qiyməti dəyişməz qalacaq və qiymətin artması real görünmür. Qiymətlərin aşağı həddə olması isə alıcıları qane edir.
Alıcı: "Bu il keçən ildən daha yaxşıdır. Qiymətlər sərfəlidir, normaldır".
Alıcı: "Qiymətlər yaxşıdır. Ucuz satırlar. Sərf edir. Nəzərə alsaq ki, bayramdır".
Gəncənin bazarlarında satışa çıxarılan qoz-fındıq, əsasən, Şəki və Zaqataladan gətirilir və alıcılar da yerli məhsullara üstünlük verir.
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11