Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2016

Qoyun dərisindən 10 milyard çıxaran sürücü

Atalara rəhmət: Hayla gələn huyla gedər...

İranın ən varlı insanı ölüm cəzasına məhkum olundu. Onun qolunda 30 min dollarlıq saat vardı, İranda 185 min dollara olan SL500 Mersedesdə gəzirdi, əyləncə üçün motosiklə 500 min dollardan çox pul saymışdı. Təyyarə şirkətləri qarışıq varidat siyahısında futbol klubu da yer almışdı. 43 yaşında 10 milyard dollara yaxın sərmayə sahibi olmuşdu. Necə? Bu maraqlıdır! (tebyan.net)
Özü belə danışır ki, hərbi xidmətdə o qədər intizamlı olub ki, onu baş hərbi qərərgaha göndəriblər. 13-14 ay sonra Haşimi Rəfsəncaninin (?) diqqətini cəlb edib və hərbi xidmətin davamı üçün Mərkəzi Banka göndərilib. O zamankı rəis Möhsin Nurbəxşin sürücüsü olub. Hərbi xidməti başa vurandan sonra Mərkəsi Bank onu dollar bazarına nəzarətçi kimi işə götürüb. Hər gün bankdan 17 milyon dollar təhvil götürüb, bazarda realizə edib və 17 milyon tümən qazancı olub. Daha sonra Türkiyəyə qoyun dərisi satmağa başlayıb. Yarım dollara alıb, 20 dollara satıb. Amma nə qədər ki, alın təri qazanıb, problem də olmayaıb. Problemlər o zaman yaranıb ki, BZ, yəni Babək Zəncani böyük adamlarla oturub-durmaq eşqinə düşüb. Bəli, eşq! Ağıl yerini eşqə verəndə insanın sorağına gələnlərdən biri də dar ağacı olur!

Vilayet.info
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:37