Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Kompüterdə çox işləyənlər - Bu xəbərə diqqət!

Kompüterdən meydana gələn göz xəstəliklərində çoxalma qeydə alınıb.

Göz xəstəliklər üzrə mütəxəssislər belə şikayətləri olanlara mümkün qədər kompüter ekranından uzaq olmağı məsləhət görür. Bu istiqamətdə ən çox meydana gələn xəstəliyin isə göz ağrısı və göz sulanması olduğu qeyd edilib.

İnsan gözünü optik sistemlə müqayisə edən həkimlər bildirib ki, 6 metr və daha uzaq məsafələrə baxmaq üçün insan gözündə hər hansı bir nizamlamaya ehtiyac yoxdur və bu zaman göz daha az yorulur. Yazmaq, oxumaq, müxtəlif əl işi və kompüter kimi 30-40 sm-dən daha az məsafədə olan fəaliyyətlər isə gözü daha çox yorur.

Mütəxəssislər,görməkdə çətinlik çəkildiyi və ya göz yorulduğu zaman ekrana yaxınlaşmaq əvəzinə işarələri böyütməyi, ekranı minimum parlaqlıqda saxlamağı, otağın işığının kompüter işığından daha güclü olmasını məsləhət görür.

Həkimlər həmçinin kompüterlərin yaydığı elektromaqnit dalğalarına görə prosessorun stolun üstünə yox, yerə qoyulmasını məsləhət görür.
677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52
Suriya ordusu