Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Latın Amerikası birləşir: neft bahalaşacaq

Latın Amerikası və Qəraib hövzəsinin neft ixrac edən ölkələri qara qızılın qiymətinin düşməsi ilə əlaqədar vahid mövqe formalaşdırmağı qərara alıblar.

Bunu jurnalistlərə açıqlamasında Ekvador Xarici İşlər naziri Qiyom Lonq söyləyib. Onun sözlərinə görə, bununla bağlı martın 11-də bu ölkələrin nümayəndələri Ekvadorda toplaşacaqlar:

“Neftin qiymətinin enməsi Latın Amerikası və Qəraib hövzəsi ölkələrini çətin vəziyyətə salıb. Latın Amerikası dünyanın neftə olan ehtiyacının üçdə bir hissəsini verir. Venesuela, Ekvador, Argentina, Boliviya, Kolumbiya və digər ölkələrin neftin qiymətinin enməsinə qarşı savaşda eyni mövqe tutması önəmlidir”./axar/
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber