Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Bank borcuna görə ciyərini satışa çıxartdı – BAKIDA ŞOK

Ölkədəki ağır iqtisadi durum vətəndaşları getdikcə daha çox çıxılmaz vəziyyətdə qoyur. Bəziləri ailəsinin maddi tələbatını ödəmək üçün bəzən qanunsuz əməllərə əl atır. Qanunsuz əməllər deyərkən təbii ki, bir çoxlarının yadına ilk olaraq oğurluq hadisələri düşür. Amma biz oğurluqdan deyil, daxili orqanlarını satışa çıxardanlardan bəhs etmək istəyirik. Bunun qanunvericiliyə uyğun olaraq qadağan edilməsinə baxmayaraq, hələ də aşkar şəkildə müxtəlif elanlara rast gəlirik. Bu dəfə diqqətimizi qəzetdəki elan çəkdi. Birdən-birə iki nəfər elan verərək qara ciyərini satdığını bildirirdi.

Alıcı kimi həmin şəxslərlə əlaqə saxladıq. Səsindən gənc olduğu sezilən oğlan dərdli-dərdli danışdı. Bildirdi ki, 35 yaşındadır, heç bir xəsətliyi yoxdur, səhhətindən heç vaxt şikayətçi olmayıb. Hansı səbəbə ciyərini satdığını soruşduq. Cavab “Dükanlara, banklara borclu olduğuma görə” oldu:
“Qardaş, vallah arxayın ol, heç bir xəstəliyim yoxdur. 35 yaşım var, qanım 3 qrup müsbətdir, 1.75 boyum var. Sadəcə banklara, dükanlara borcum boğaza qədərdir. Çıxış yolum yoxdur. Siqaret belə çəkməmişəm indiyə kimi. Sapsağlam ciyərdir. Əlacım yoxdur, iş-güc də yoxdur. Ona görə satıram. 30 000 manata…”

Nəsə söyləmək çətin idi, birtəhər sağollaşdıq. Çətin idi həqiqətən…

cebhe

Bank borcuna görə ciyərini satışa çıxartdı – BAKIDA ŞOKNövbəti elan sahibinə zəng etdik. Elanda özü haqqında bəzi məlumatları vermişdi. 1979-cu il təvəllüdlüdür, qara ciyərinin bir hissəsini satır, qan qrupu O(1)+ RH –dır, boyu 1.83 sm, yarı ciyərin qiyməti isə 18 000 AZN. Ciyərini satışa çıxarmasını səbəbi də eynidir:

“Borcumuz var, yaşaya bilmirik. Kirayədə qalıram. Evin kirayəsini də verə bilmirəm. Mənə də ev yiyəsi xəbərdarlıq edib. Nə edim küçələrdə qalmalıyam?”
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də cəhdimiz uğursuz oldu.

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov məsələyə ilə bağlı bildirdi ki, orqanların transplantasiyası ancaq bağışlama yolu ilə həyata keçirlər bilər: “Əgər hansısa bir şəxs yaxınına, doğmasına öz orqanını bağışlayırsa, təbii ki, burada cinayət tərkibi yoxdur. Amma buna qiymət qoyaraq aşkar şəkildə satışa çıxarırsa, bu, birbaşa olaraq cinayətdir. Təbii ki, bu məsələyə Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən İnsan Alverinə qarşı Mübarizə İdarəsi baxmalı və araşdırmalıdır. Bu məlumat vasitəsilə cinayətkar qruplaşmaların da izinə düşmək olar. Onu kimlər alır, kimlər satır? Bəlkə hansısa qruplaşma orqan alveri ilə məşğuldur? İnsan orqanlarını ehtiyac ucbatından satan insanlardan ucuz alıb, digər ehtiyacı olan insanlara baha satacaqlar? Bəlkə bunu xaricə çıxaracaqlar? Bu araşdırılmalı mövzudur./Cebhe/

648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:41