Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Hicab məhbuslarının apellyasiya şikayətinə baxılıb

Nərimanov Rayon məhkəməsinin hökmü qüvvədə saxlanılıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, hicab məhbusları Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov, David Kərimov, Telman Şirəliyev, Miradaş Quluyev, Ceyhun Quliyevin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətə baxılıb.

Nərimanov Rayon məhkəməsinin verdiyi qərar dəyişdirilməyərək qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2013-cü ilin aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber