Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

“Təzə Bazar”ın sahibini və ailəsini ölümlə hədələdilər

“Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov ölümlə hədələnib.

Musavat xəbər verir ki, ölümlə hədələnən iş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, bu barədə məlumat verib. 1957-ci il təvəllüdlü iş adamı müraciətində bildirib ki, naməlum şəxs gizli nömrə ilə mobil telefonuna zəng edərək, onu və ailəsini ölümlə hədələyib.

İş adamının kim tərəfindən hədələndiyi araşdırılır.

Xatırladaq ki, bazar sahibi bir neçə dəfə ölkə mətbuatının gündəminə qalmaqallarla gəlib. Uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var. Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə dava baş verib. Hətta bu davalar kütləvi hal da alıb. Bazarda bir neçə dəfə baş verən kütləvi davalara polis əməkdaşları müdaxilə etməli olublar.

M.İbrahimov mətbuata açıqlamasında V.Şıxəliyevin bir neçə adamı ilə onu ofisində döydüyünü və hədə-qorxu gəldiyini də bildirib.

Onu da əlavə edək ki, M.İbrahimov V.Şıxəliyevdən Daxili İşlər Nazirliyinə də şikayət etmişdi.

Qeyd edək ki, Vaqif Şıxəliyev 1993-cü ildə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 1995-ci ilin avqust ayında Heydər Əliyev tərəfindən bu postdan kənarlaşdırılıb. Hazırda bizneslə məşğuldur.
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05</