Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

İran ikinci ballistik raket sınağını keçirdi

İran iyul ayında imzalanmış və ötən ay qüvvəyə minən nüvə razılaşmasının ardınca iki ballistik raket sınağı keçirib.

Tehran ABŞ-dan gələn yeni sanksiya təhdidlərinə baxmayaraq, dünən başladığı ballistik raket sınağını bu gün də davam etdirib.

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindən keçirilən təlimlərdə “Qədr-H” və “Qədr-F” tipli iki mərmi İranın Şərqindən Ərəbistan dənizi sahilindəki Mekran bölgəsinə atılıb.

SEPAH komandiri, general Hüseyn Salami sınağın uğurla tamamlandığını açıqlayıb:

“Bu gün atdığımız raketlər sanksiyaların nəticəsidir. Bu sanksiyalar İranın raket proqramının inkişafına kömək etdi”.

Hava Kosmos Birliyi komandiri, general Əmir Əli Hacızadə manevr zamanı 2 min kilometr mənzilli ballistik raketlərin 1400 kilometr məsafədəki hədəfləri asanlıqla məhv etməyi bacardığını deyib.

“Sionist rejimi (İsraili-red) rahat şəkildə vura bilmək üçün raketlər hazırlanıb”, - general qeyd edib.

Qeyd edək ki, İran ilə İsrail arasındakı məsafə təxminən min kilometrdir./axar/
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı