Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

Dollar və manatda yeni rekord gözlənilir

Bu gün keçirilən növbəti valyuta hərracında kommersiya banklarının cari valyuta tələbatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsini təxminən 4 dəfə üstələyib.

Bank dairələrindən verilən məlumata görə, ARDNF bügünkü hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarsa da, kommersiya banklarının sifarişləri toplam olaraq 200 mln. dollara yaxın olub. Nəticədə, hərracın yekununda tələb təqribən 25% səviyyəsində təmin edilib.

Sövdələşmələr 1,6309 AZN/USD məzənnəsi ilə aparılıb və artıq sabah, martın 10-da rəsmi məzənnənin də ən azı bu səviyyədə müəyyənləşdiriləcəyi gözlənilir. “Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, ehtimal olunur ki, sabah üçün rəsmi USD/AZN məzənnəsi 1,6312 ətrafında elan olunacaqdır.
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı