Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2016

“Amerika silahları yəmənliləri öldürür” heşteq tufanı 250 milyona nəfərə çatdı












































Ötən həftənin çərşənbə günü sülh tərəfdarları Twitter ictimai şəbəkəsinin Amerikalı istifadəçiləri arasında “Amerika silahları yəmənliləri öldürür” (USAWeaponsKillsYemenis#) heşteqini işə salıblar. Twitter saytının verdiyi statistikaya əsasən, bu heşteq işə düşdükdən sonra ərəb koalisiyasının Yəmənə qarşı hərbi əməliyyatları çərçivəsində Amerikanın Yəmən xalqının öldürməsində olan rolunu əks etdirən şəkil, klip, məqalə və s. mövzuları müşahidə edən istifadəçilərin sayı 250 milyon nəfərə çatıb. ABŞ-ın Twitter istifadəçilərinin bunu geniş şəkildə qarşılamasına görə sözü gedən heştiq bir neçə saat Twitterin efirində qalmış və təkrarlanmışdır. 
Beynəlxalq İnsan Hüquqları Təşkilatının 2015-ci il 26 noyabrda verdiyi hesabatda Obama hökumətinin Yəmənə qarşı hərbi əməliyyatlarda geniş iştirak etməsi nəticəsində mülki şəxslərin öldürülməsinə toxunulmuşdur. Hesabat ABŞ-ı Yəməndə insan hüquqlarını pozmaqda ittiham edir və Ərəbistanın bu ölkəyə korkoranə hava hücumlarının məsuliyyətində şərik bilir.
Qeyd edək ki, 2015-ci il martın 26-da Yəməndə Mənsur Hadi hökumətinin devrilməsinin ardınca Səudiyyə Ərəbistanı, Fars körfəzində ona tabe olan ölkələrlə birlikdə koalisiya yaradaraq Yəmənə qarşı hərbi hava hücumlarına başladı. Bu ölkənin hərbi mövqelərini, qanuni obyekt və müəssisələrini, həmçinin mülki və fərdi yaşayış binalarını, təsərrüfat obyektlərini, ictimai məkanları və s. bombaladı. Səudiyyə Ərəbistanı bu ölkədə xalq hökumətinin yaranmasından qorxur. Çünki onun qonşuluğunda xalq hökumətinin yaranması, Ərəbistanın daxili və xarici mövqelərini sarsıdır. Amerika, sözü gedən hərbi əməlliyyatlarda Ərəbistanı tamamilə dəstəkləyir. Amerikanın məşhur “Wall Street” jurnalı Obama dövlətininin işini tənqid edərək yazıb: "Ərəbistanın hərbi əməliyyatlarında ABŞ-ın iştirak etməsi və ona logistik dəstək verməsi Amerikanı (ərəb) koalisiyası tərəfindən müharibə qanunlarını pozan ölkələr sırasında qərar verir".
768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı