Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

Türk şair "diz çökərək" Rusiyadan üzr istədi – VİDEO

Türkiyəli şair Hüseyn Haydar "Su-24" tipli təyyarənin ölən pilotuna görə Rusiyadan üzr istəyib.

Haydar yeni şeirini “Böyük Rusiya xalqı qarşısında üzrxahlıq” deyə adlandırıb.

Haydar, şair Vladimir Mayakovski, yazıçı Maksim Qorki, ilk kosmonavt Yuri Qaqarin və faşizmə qalib gələn qəhrəmanlardan da üzr istəyib.

Şair son şeirini “Qarşınızda diz çökərək Oleq Peşkovun anasından üzr istəyirəm” misraları ilə bitirib.

Hüseyn Haydar müxtəlif mükafatlar qazanan məşhur türk şairidir. O, 1956-cı ildə anadan olub. 1973-cü ildə Türkiyənin Təhsil Nazirliyi tərəfindən keçirilən şairlər müsabiqəsinin qalibi olub. Şairin şeirləri bir neçə dilə tərcümə olunub.

937 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP