Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Suriyada terrorçuların gizli cinayətlərini ifşa edildi

"Amnesty International" Suriyada terrorçuların gizli cinayətlərini ifşa etdi

Beynəlxalq təşkilat terrorçuları ifşa etdi

İslamazeri.az-ın "Rasthaber"-ə istinadən verdiyi xəbərə görə, "Amnesty International" beynəlxalq insan haqlarının müdafiə təşkilatı Suriyada "İraq və Şam İslam Dövləti" (İŞİD) adlı terrorçu qruplaşmanın qətliamlarını ifşa edib.

"Amnesty International" yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümyəndəsi Filip Luther tərəfindən hazırlanan hesabatda, adı çəkilən terrorçu qruplaşmanın gizli həbsxanalar qurması, sivil əhalini həbs edərək işgəncə etdikləri açıqlanıb.

Məhkumlar siqaret çəkməkdə, "İŞİD"-ə dəstək verməmək və "İŞİD" əleyhinə xəbər yaymaqda ittiham edilirlər.

Hesabatda, məhkumlar arasında 8 yaşlı yeniyetmənin olduğuda göstərilib.

Həmçinin onlara ağır işgəncələr edildiyi və bəzilərinin edam edildiyi bildirilib.

"Amnesty International" beynəlxalq ictimaiyyətə çağrış edərək, terrorçulara silah göndərilməsinin tezliklə dayandırılmasını və qətliamların qarşısının alınmasını istəyib.
1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10