Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

Mosul əməliyyatında 30 mindən çox əsgər iştirak edəcək

İraq Nümayəndələr Palatası Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əbdüləziz Hüseyn ölkənin ən böyük ikinci şəhəri və neftlə zəngini olan Mosulun İŞİD-in işğalından azad edilməsində 30 mindən çox iraqlı əsgərin qatılacağını deyib.

Anadolu-ya istinadən xəbər verir ki, İraq Nümayəndələr Palatası Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əbdüləziz Hüseyn mövzu ilə bağlı belə danışıb: "Mosulun İŞİD terror təşkialtının işğalından azad etmək üçün hərbi və kəşfiyyat sahələrində xüsusi hazırlıqlar aparılıb".

Hüseyn Anadolu-ya açıqlamasında, Mosulun azad edilməsi xeyli vaxt alacağını qeyd edib. O, vətəndaşların əməliyyat zamanı yarana biləcək hər hansı bir tələfatdan qorunması üçün səy etdiklərini vurğulayıb: "Vətəndaşların mümkün zərərlərdən qorunmaları üçün çıxış dəhlizləri və qalacaqları düşərgələri tikinti mərhələsindədir. Şəhərin azad edilməsi əməliyyatında ən böyük rol beynəlxalq koalisiya qüvvələrinə aiddir".

Hüseyn Mosulun azad edilməsində iştirak edəcək 30 mindən çox əsgərin olduğunu və bunların şəhərin yaxınlığındakı müxtəlif düşərgələrə yerləşdirildiyini qeyd edib.(deyerler)
612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı