Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

30 yaşlı Lənkəran sakini borc üstündə bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sözügedən rayonun Şirin-su qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əliyev Hikmət Rahib oğlunun qonşuları – ata və iki oğulla mübahisəsi qanla qurtarıb.

Zərərçəkmişin yaxınlarının sözlərinə görə, Hikmət Əliyev verdiyi borcun geri qaytarılmasını istədiyi üçün qonşuları ilə aralarında mübahisə yaranıb. Ətrafdakılar onları ayırmağa çalışdığı an Fərid və Əyyub adlı qardaşlardan biri ona bədən xəsarəti yetirib.

Xeyli qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin olaraq ona qarın nahiyəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. H.Əliyevin üzərində təcili cərrahi əməliyyat aparılıb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. /Virtualaz/
638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02
BU DƏFƏ "RADARA"