Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

ABŞ məni devirmək istəyir" - Prezidentdən şok bəyanat

"ABŞ xüsusi xidmət orqanları ölkəmizdə dövlət çevrilişi hazırlayır"

Bu sensasion bəyanatla Venesuela prezidenti Nikolas Maduro çıxış edib.

ABŞ-ın bölgədə və bütün dünyada yürütdüyü siyasəti sərt tənqid edən Maduro bu ölkənin hökumətini dikbaşlıqdan, intriqa yaratmaqdan və öz gücündən sui-istifadə etməkdən əl çəkməyə çağırıb.

Venesuela televiziyasının efirində çıxış edən Maduro ABŞ-ı həmçinin ölkəsində dövlət çevrilişi hazırlamaqda ittiham edib.

Xatırladırıq ki, ABŞ və Venesuela arasında diplomatik əlaqələr 2010-cu ildən demək olar ki, kəsilmiş vəziyyətdədir.
662 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...