Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

İran: “Ballistik raket sınaqlarımız…”

Ballistik raketlər də daxil olmaqla bütün qısa, orta və uzun mənzilli raketləri, adi müdafiə vəsaiti sayılır və müdafiə zamanı istifadə üçün nəzərdə tutulub.

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Cabir Ənsari ölkəsinin keçirdiyi ballistik raket sınağını şərh edərkən deyib.

Onun sözlərinə görə, iki gün davam edən raket sınağı Tehran ilə Qərb arasında əldə olunan razılığa zidd deyil:

“İran Silahlı Qüvvələrinin son günlərdə keçirdiyi təlimlər çərçivəsində yeni silahlar sınaqdan keçirilib. Bunun nüvə anlaşmasında İranın götürdüyü öhdəliklərlə heç bir əlaqəsi yoxdur. Eyni zamanda biz BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozmamışıq. Ballistik raketlər də daxil olmaqla bütün qısa, orta və uzun mənzilli raketləri adi müdafiə vəsaiti sayılır və müdafiə zamanı istifadə üçün nəzərdə tutulub”.

Xatırladaq ki, İran son iki gündə uzunməzilli ballistik raketləri sinaqdan keçirib.
753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17