Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

Samir Şərifovun ifşasında Eldar Mahmudov izi

Əyyub Kərimov: «Samir Şərifov məsələyə münasibət bildirməlidir, onda məlum olacaq ki, irəli sürülən ittihamlar reallıqdır yoxsa, rəqiblərin əks addımıdır»

Maliyyə naziri Samir Şərifovun 3 ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməsi məlumatının meydana çıxması bir sıra fərziyyələrin irəli sürülməsinə səbəb olub. O fərziyyələrdən biri də bundan ibarətdir ki, S.Şərifova qarşı irəli sürülən ittihamların ölkədaxilindən qaynaqlanır.

Çünki sabiq MTN rəhbəri Eldar Mahmudovun yaxını Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin çöküşündə məhz S.Şərifovun rolu olduğu vurğulanır. Ona görə belə hesab olunur ki, irəli sürülən ittihamlar ya gerçək reallığı əks etdirir, ya da sadəcə olaraq hakimiyyətdaxili mübarizənin nəticəsi olaraq meydana çıxıb və konkret olaraq S.Şərifovun vurulmasına xidmət edir. Baş verənlərlə bağlı diqqət çəkən və vurğulanmalı məqamlardan biri də ondan ibarətdir ki, E.Mahmudov postundan gedərkən ölkədən xeyli sayda məxfi məlumatın çıxarıldığı barədə informasiya yayılmışdı. Bu məxfi məlumatların konkret nəylə bağlı olduğu bilinmir. Amma yaranan situasiya onu deməyə əsas verir ki, ölkədən çıxarılan məlumatlar S.Şərifovla bağlı hazırda ortaya çıxan məlumatlar da ola bilər. Yəni S.Şərifovdan qisas almaq istəyən rəqibləri ona məhz bu formada zərbə endirə bilərmi?

Hüquqşünas Əyyub Kərimovun fikrincə, maliyyə nazirinin agentura şəbəkəsi ilə bağlılığı barədə məlumatlar özünü doğrultsa, deməli E.Mahmudovun rəhbərliyi dövründə MTN tamamilə işləməyib və sadəcə olaraq daxildə bizneslə məşğul olub. Ə.Kərimovun sözlərinə görə, belə çıxır ki, nazirlər Əli Insanov, Fərhad Əliyev həbs olunan zaman o vaxtkı nazir Əvəz Ələkbərov təsadüf nəticəsində saxlanılmayıb: “Ortaya çıxan məlumatlar çox ciddidir və onları kənara qoymaq yanlış olardı. Gözləyək, ölkə başçısı yayılan informasiyaya hansı reaksiyanı verəcək? Məlumatı bir fantaziya sayacaq, yoxsa məmurlar Samir Şərifov və Xələf Xələfovla bağlı hər hansı tədbirlərin görülməsinə qərar verəcək. Digər tərəfdən son zamanlar ölkənin ən sərt tənqid olunan nazirliklərindən biri də Xarici Işlər Nazirliyidir. XIN-də post tutan bir şəxsin adının bu siyahıda olması maraq doğurur. Belə çıxır ki, ölkənin həm maliyyə nazirliyi, həm də Xarici Işlər Nazirliyi bir neçə ölkənin nəzarəti altında işləyir”.

Ə.Kərimov onu da bildirdi ki, S.Şərifov və X.Xələfov bu məsələyə münasibət bildirməlidir. Məhz bundan sonra məlum olacaq ki, onlara qarşı irəli sürülən ittihamlar reallıqdır yoxsa, onlara qarşı rəqiblərinin əks addımıdır. “Ölkənin iki nazirliyindən söhbət gedir. MTN-dən sonra Xarici Işlər Nazirliyi və Maliyyə Nazirliyi hədəfə gəlir. Bu hədəfə gətirilmə məqsədli şəkildə ortaya atılıbsa, bu mütləq üzə çıxacaq. Yox əgər bu məqsədli şəkildə edilməyibsə, izahatların verilməsi çox çətin olacaq”, deyə Ə.Kərimov vurğuladı./azadlıq/
797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27