Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

Balakəndə 23 yaşlı gənc müəmmalı şəkildəbıçaqlanıb

Balakəndə 23 yaşlı gənc müəmmalı şəkildə bıçaqlanıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 03.00 radələrində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayev çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. V. Mustafayevin sağ bel nahiyəsindən, sol döşündən kəsilmiş və daxilə nüfuz edən, sağ əl pəncəsindən isə kəsilmiş bıçaq yarası aldığı müəyyənləşib. Dərhal əməliyyat olunan gənc reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Balakən rayon Polis Şöbəsindən (RPŞ) bildirilib ki, hadisə rayonun “Qabaqçöl” adlanan ərazisində baş verib. Hazırda Balakən RPŞ-nin əməkdaşları V. Mustafayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanmasının detalları araşdırılır./apa/
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP