Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

İran son ölkədir: S-300-lər arxivə göndərilir

Rusiya İrana S-300 zenit raket qurğusunun sonuncu modifikasiyasını verəcək.

Bunu “Vol Strit jurnal” qəzetinə müsahibəsində Rostex dövlət korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib. Onun sözlərinə görə, İran tərəfi Antey-2500 kompleksini almaqdan imtina edib:

“Onlar bizdən S-300PMU-1 modelini istədilər. Biz onlara Antey-2500-ü təklif etdik, amma onlar bundan imtina edib, inadla S-300-ləri istədiklərini söylədilər. Bu zaman biz razılıq verdik. Ümumiyyətlə, bu S-300-ün xaricə sonuncu satılan modeli olacaq. Böyük ehtimalla S-300 bir daha istehsal edilməyəcək”.

Qeyd edək ki, 2007-ci ildə İran Rusiya ilə 5 ədəd S-300 zenit raket kompleksinin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilənin dəyəri 800 milyon dollar olub.
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu