Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

Serbiya: “Putin bizi qoruyacağına söz verib”

Rusiya Kosovanın müstəqilliyini tanımayacaq.

Bunu Rusiya Prezidenti Vladimi Putinlə görüşdən sonra jurnalistlərə açıqlama verən Serbiya Prezidenti Tomislav Nikoliç söyləyib. Onun sözlərinə görə, Putin görüşdə Serbiyanın həm ərazi bütövlüyünün, həm də müstəqilliyinin qorunmasında daima Belqradın yanında olacağını bildirib. Nikoliç həmçinin Kremlin Kosovanın BMT-yə üzvlüyünə imkan verməyəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Serbiya Prezidenti Tomislav Nikoliç dünən Moskvaya səfər edib.

Serbiya keçmiş Yuqoslaviya ölkəsidir. 1991-ci ildə Kosovanın özünün müstəqilliyini elan etməsi ölkə daxilində toqquşmalara səbəb oldu. 1999-cu ildə NATO Kosovaya öz kontingentini yeridib və ölkənin idarəçiliyi BMT-yə verilib. 2008-ci ildə isə Kosova rəsmən öz müstəqilliyini bəyan edib və dünyanın 100 ölkəsi tərəfindən tanınıb. Azərbaycan da Kosovanın müstəqilliyini tanımayan ölkələr sırasındadır./axar/
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi