Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

Avropada mühacirlər böhranlı durumda

Suriya və İraqdan mühacirlərin Yunanıstana axınının ardınca ötən günlər bu ölkənin Makedoniya ilə sərhədində polis qüvvələri ilə miqrantlar arasında qarşıdurma yaranmışdır. İnsan Hüquqları Müdafiəsi Təşkilatının verdiyi xəbərə görə Makedoniya polisi bu qarşıdurmada 300 nəfər miqranta qarşı gözyaşardıcı qazdan istifadə etmişdir. Yunanıstan və Makedoniyanin digər sərhəd zolağında isə 13 min miqrant Avropa Birliyi və Türkiyənin miqrantların yerləşdirilməsi barədə son qərarını gözləyirlər.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bir müddət öncə Avropaya üz tutmuş miqrantların durununun çox acınacaqlı olmasını bildirmişdi. Artıq yüzlərlə mühacir qadın və uşaq Aralıq dənizinin şərqində Avropa dövlətlərinin səhlənkarlığı üzündən ölmüşdür. Bu təşkilatın məlumatına əsasən, Avropa dövlətlərinin miqrantların yerləşdirilməsi üçün söz verdiyi 1,8 milyard avronun cəmi 24 milyonu ödənmişdir. Çexiya Ombudsmanı Anna Şabatova bir qaçqınlar düşərgəsinə baş çəkdikdən sonra bu düşərgənin şəraitinin beynəlxalq konvensiyalarla zidd və zindandan da pis olduğunu vurğulayıb. Bu proqram çərçivəsində bir çox təhlilçilər Avropaya üz tutmuş miqrantların durumunun çox böhranlı olduğunu qeyd edilər. Avropada yaranmış iqtisadi və sosial problemlər, millətçilik, özgə xalqlara qarşı nifrət bəsləmək bu böhranı daha da dərinləşdirir.
Bundan qabaq da insan haqları fəalları Avropa ölkələrində miqrantların təhqir olunması, qida və səhiyyə haqlarının pozulması barədə öz narahatlıqlarını bildirmişdilər.
Bu günləri Böyük Britaniyanın “The Guardian” qəzeti onlarla miqrantın ölməsinin məsuliyyətinin Avropa dövlətlərində olduğunu yazmışdır. Həmçinin, “The Guardian” Suriya böhranının ağırlaşmasının qarşısının alınması üçün həll yolunun tapmamasına görə Avropa ölkələrini və Brukseldə keçirilən iclasın nəticəsiz qalmasını tənqid edib.
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber