Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

İnsan dərisindən önlük taxan qatil – Amerika reallıqları...

Qurani-Kərim: Onlar heyvan kimidir, hətta heyvandan da alçaqdırlar...

BMT-nin UNODC ofisinin 2012-ci il hesabatına əsasən, il ərzində dünyada 437 min nəfər qətlə yetirilib. Qətllərin sayına görə Amerika lider ölkədir. Avropa, Asiya, Okeaniya ölkələrində qətllərin sayı nisbətən azdır.
Dünyada heç bir məktəbdə tədris olunmayan tarix dərsləri var. Bu dərslərdən biri də Qətllər tarixidir. Qətllər tarixində birmənalı olaraq amerikalı qatillər öndə gəlir. Pleyndfild vampiri adı ilə məşhur olan Ed Qin isə bəşər tarixinin 1 saylı qatili sayılır. Ed (Edvard Teodor) Qin 1906-cı ildə Viskonsin ştatında dünyaya gəlib. Atası alkaqolik olub, anası öz ərinə nifrətini heç vaxt gizlətməyib. Ed məstlik və nifrət fəzasında böyüyüb. Fanatizm səviyyəsində dinə bağlı ana öz övladlarına zorla İncil oxutdurub. O, övladlarını inandırmağa çalışıb ki, yaşadıqlaraı La-Krossa şəhərində ondan başqa bütün qadınlar əxlaqsızdır. Anasının qadağaları əsasında Edin dostu olmayıb. 1944-cü ildə Ed öz qardaşı Henrini qətlə yetirir. Ed nasizm mövzusunda kitablara aludə olur və mütaliə onun əsas işinə çevrilir. Düşüncəsindəki ehtirasları qəbirləri açmaq, meyitləri doğramaqla doyurur. Evdə bədən üzvlərindən kolleksiya toplamağa başlayır. 1954-cü ildə Meri Hoqanı qətlə yetirib tikə-tikə doğrayır. 1957 ildə qəfildən itkin düşən Bernis Uorden də Edin qurbanı idi. Qətl yerində Ed adına yazılmış qəbsi yerə salır və bununla da polis dahi qatilin izinə düşür...
Ed Amerikada əfsanəyə çevrilir, onun Ford maşını auksionda o zaman üçün böyük pul sayılan 760 dollara satılır. Onun qətl törətdiyi maşını görmək üçün minlərlə amerikalı bilet alıb növbəyə dayınır. 1947-ci ildə 8 yaşlı Corciya Vekler, 1952-ci ildə Viktor Trevis və Rey Bardjess, 1953-cü ildə 15 yaşlı Evelin Hartli və onlarla başqa itkin düşmüş şəxslərin Edin qurbanı olduğu ehtimal edilir. Amma məharətli qatilə qətillərin kiçik bir hissəsini sübut etmək mümkün olub. Ed məktəbi bu gün də Amerikada yaşayır və vampirlik bir cərəyana çevrilib. Dünyaya insan haqlarından dərs keçən Amerikanın reallıqları...

Vilayet.info
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51