Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Ərdoğanın istefası gündəmə gəldi

Baş naziri «ürəyindən vurdular»; qardaşı Mustafa Ərdoğanın şok videosu yayıldı Tutulanların əmlakın həbs qoyuldu, rüşvətə bulaşdığı iddia olunan 4 nazir istefa ərizəsi yazdı

Türkiyənin çalxalayan rüşvət qalmaqalı ilə bağlı sensasiyalı olaylar dünən də bir-birini əvəz edib. Polisin keçirdiyi əməliyyatların təfərrüatları, hökumətin yeni reaksiyaları məlub olub, həmçinin tutulanlarla bağlı qərarlar verilib. Dünən iş adamı Rza Zərrabla nazirlər və onların övladları arasında aparılan telefon danışıqları açıqlanıb. Danışıqlarda daha bir nazirin rüşvət əməliyyatları ilə bağlı olduğu ortaya çıxıb. Bu, Avropa Birliyi ilə danışıqlar üzrə nazir postunu tutan Egemen Bağışdır. İstintaqa bəlli olub ki, iş adamı Rza Zərrab həyata keçirmək istədiyi əməliyyatlara yardımçı olması üçün E.Bağışa 1,5 milyon dollar rüşvət verib.

Həbslərlə bağlı Türkiyə mətbuatı yeni təfərrüatlar dərc edib. Texniki izləmə nəticəsində çəkilən şəkil və videolar istintaqın ən mühüm dəlilləri hesab olunur. Daxili işlər naziri Gülərin oğlunun ofisinin önündə çəkilən fotolarda 3 şübhəlinin Barış Gülərə 3 milyon dollar rüşvət verdiyi dəlili olaraq göstərilir. Bir başqa şəkildə isə Barış Gülər və Rza Zərrab eyni fotoda yer alıblar. Zərrabın məkanına çantasız gələn Bağış çıxışda çanta ilə görünür. İddialara görə, çantada 800 min dollar var.
Dindirmələr zamanı E. Bağışın R.Zərrabın sənədləşmə işlərini nəzarətdə saxladığı, Rzanın atasına İtaliya vizası və İtaliyada yaşamaq hüququ almağa vasitəçilik etdiyi, Zərrabın qanunsuz dəstəsində olan 5 nəfər üçün Türkiyə vətəndaşlıq alınması üzrə danışıqlar apardığı, Sərraf haqqında yayılan xəbərlərin qarşısını aldığı, onun otel projesini həyata keçirmək üçün digər hökumət üzvləri ilə danışıqlar apardığı bəlli olub.
İstintaqın əldə etdiyi görüntü qeydlərində iddiaları təsdiq edən xeyli dəlil var. Bir gün əvvəl mətbuata verdiyi açıqlamada Egemen Bağış "mən çox rahatam" deyirdi.

Nazirlər Ərdoğana istefa ərizəsi yazdı

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya və rüşvət əməliyyatında ümumilikdə 42 şəxsin həbsə alındığını bildirir. Həbsə alınanlar cinayət törətmək məqsədilə təşkilat yaratmaq, təşkilatı idarə etmək və ona üzv olmaq, sənədləri saxtalaşdırmaq, qızıl qacaqmalçılığı, fahişəliyə vasitəçilik etmək cinayətlərində ittiham edilirlər. Dünən isə həbsə alınanlardan 29 şəxsin bütün mal-mülkünə, bütün varidatına həbs qoyulması qərarı verilib. Bunlardan biri də sənətçi Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabdır. Zərrabın Türkiyə vətəndaşlığını əldə etdikdən sonra bu ölkədə aldığı bütün əmlaka, habelə həyat yoldaşı müğənni Ebru Gündeşə hədiyyə etdiyi özəl təyyarə, imarətlər nəzarət altına alınıb.
Abdulla Happani, Barış Güler, Emin Hayyam, Fatma Aslan, Rüçhan Bayar, Salih Kaan Çağlayan, Süleyman Aslan, Muhammed Zerrap və s. bütün varidatlarına həbs qoyulan şəxslər sırasındadırlar.
Bundan başqa “Are Havacılık A.Ş.”, “Aybüke Medikal anışmanlık”, “Borden Turizm ve Nakliye”, “Cameron Denizcilik ve Kıymetli Madenler”, “Durak Döviz”, “Duru Döviz”, “ECB Kuyumculuk”, “İLsam Dış ticaret”, “M1 Yapı”, “Nergiz Uluslararas Dış Ticaret”, “NEG Finansal Danışmanlık”, “NNR Uluslararası Ticaret”, “Rainbow Mano Commercial Brokers” (Dubai merkezli, İstanbul Şubesi), “Royal Denizcilik”, “Royal Holding”, “Safir Altın”, “Simay Altın”, “Taşbaşı Kıymetli Madenler”, “Tümay Altın”, “Volgan Gıda Dış Ticaret” şirkətlərinin də bütün varidatına həbs qoyulub.
Övladlarının adları korrupsiya qalmaqalında hallanan dörd nazir baş nazir Rəcəb Tayyib Ərdoğanı istefaya getmələri barədə məlumatlandırıb. Bu barədə cümə axşamı Türkiyənin "Radikal" qəzeti diplomatik mənbələrə istinadən yazır. Qəzetin məlumatına görə, iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar, Avropa Birliyi ilə danışıqlar üzrə nazir Egemen Bağış baş nazir Rəcəb Tayyib Ərdoğana istefaları barədə məlumat veriblər.

Ərdoğana ağır zərbə!

So üç on iki gündə Türkiyəni əhatə edən korrupsiya bombasının ardından dünən hökumət rəhbəri Ərdoğana qarşı daha bir bomba partladılıb. Bu, İnternetdə baş nazirin böyük qardaşı Mustafa Ərdoğanın gənc qızla zina etdiyini əks etdirən videoçarxın yayılmasıdır. Dünən nazirlərinin korrupsiyası ilə bağlı özünə bəraət qazandıran Erdoğan bəyan edib ki, onun komandasına korrupsiya ümumiyyətlə xas deyil. “Biz inanclı insanlarıq və pis işlərlə məşğul olmuruq”. Maraqlıdır, Erdoğan qardaşının davranışı ilə bağlı nə deyəcək? Belə bir videodan sonra baş nazirin hökumətə rəhbərlik etmək üçün mənəvi hüququ qalmır, onun müxalifləri belə hesab edirlər. Belə ki, ölkənin aparıcı müxalifət partiyası olan CHP-nin nümayəndələri xatırladırlar ki, onların lideri Deniz Baykal analoji videodan sonra siyasi səhnədən gedib. Ərdoğan kişidirsə, o da belə etməlidir, müxalifət nümayəndələri belə hesab edirlər.
Müşahidəçilərin bir çoxu hökumətin, ola bilsin ki, Ərdoğanın özünün də istefaya gedəcəyini proqnozlaşdırır. Lakin bu, könüllü yox, ictimaiyyətin təzyiqləri altında baş verəcək. Türkiyədəki mənbələr bildirirlər ki, ölkə ictimaiyyəti hökumət üzvləri tərəfindən korrupsiyanın və ölkənin daxili işlər nazirinin oğlunun cəlb olunduğu maxinasiyaların miqyasından şoka düşüblər. Buna baxmayaraq, Ərdoğan onu istefaya göndərməyib.

Hələ 40-a yaxın kaset var…

«Fətullah Gülən tərəfdarlarının əlində hələ 40-a yaxın kaset var». Türkiyə mediasına sızan bu məlumatda nurçuların hər an bu kasetlərdən istifadə edə biləcəyi və Türkiyəni qarışdıracağı eyhamı hiss olunur. Nurçuların əlində bu tip kasetlərin olduğunu Türkiyənin hakim partiyası olan AKP-yə yaxınlığı ilə seçilən köşə yazarı Əbdürrəhman Dilipakın “Akit” qəzetində yazdığı köşəsi də təsdiqləyir. Ə.Dilipak yazır: “Planda 50-yə yaxın millət vəkilini istefa verdirib, arxasından 40-a qədər haqqında kaset olan millət vəkilini şantajla öz tərəflərinə çəkmək, AKP-ni iqtidardan salıb, öz aralarında CHP, MHP ilə yeni meydana gələn hökuməti qoyub, yerli seçkiləri təxirə salıb, prezident seçkiləri ilə birlikdə bələdiyyə və millət vəkillərinin seçkilərini birlikdə keçirərək AKP-ni bitirmə planı da masaya qoyulmuşdu”. Türkiyəyə qarşı bütün dünyanın birləşdiyini yazan müəllif iddia edir ki, “...bu macəra camaatın (nurçuların - red.) sonu olar... Görəcəksiniz, iqtidar bu işdən güclənərək çıxar…».

Xarici mətbuat «Gülən» yazdı

Türkiyəni sarsıdan əməliyyatı xarici mətbuat “əməliyyatın arxasında Fətullah Gülən var” kimi qələmə verib.
“Tayms”: “Polisin həyata keçirdiyi əməliyyatın Türkiyə siyasəti və biznes dünyasının ən üst təbəqəsinə çatması Ərdoğan ilə Gülən hərəkatı arasındakı böyüyən davanın məhsuludur. Gülən hökumətə düşmən kəsildi”.
“Nyu York Tayms”: “Əməliyyatlar Baş nazir Ərdoğanı təhdid edir. Ərdoğan ilə Gülən hərəkatı bir vaxtlar Türkiyə siyasətini ordunun təsirindən qurtarmaq üçün siyasi ortaq idilər”.
“Vall Strit Jurnal”: “Əməliyyat ölkədə şok dalğalar yaratdı. İqtisadi sabitliyin və investor etibarını təhdid edən bu reaksiyalara Ərdoğanın qarşılıq verməyi gözlənilir”.
“Qardian”: “Basqınlar “Gəzi” hadisələrindən sonra Ərdoğanın avtoritarlığına ən böyük hücum kimi görünür”.
“Blomberq”: “Gülən hərəkatı sistemli bir şəkildə dövlətə nəzarət edə bilmək üçün dövlət qurumlarına sızdığı deyilir”.
“Faynənşnl Tayms”: “Başladılan qanunsuzluq istintaqının pərdəarxasında başda polis və məhkəmə olmaq üzrə Türkiyənin bir çox qurumuna sızan Fətullah Gülən hərəkatı arasında böyüyən böhran var”.
“Vaşinqton Post”: “Ərdoğan ilə Gülən hərəkatı arasında gərginlik dərinləşir. Politoloqlara görə, bu əməliyyat Gülən hərəkatının Ərdoğan hökumətinin təhsil müəssisələrini bağlamaq cəhdinə bir cavab olaraq dəyərləndirilir”.
“BBC”: “Politoloqlar bu istintaqın özəl təhsil müəssisələrinin bağlanmasından sonra gündəmə gələn Gülən hərəkatı ilə əlaqəli ola biləcəyini ifadə etdi”. (axar.az)

Fətullah Gülən ittihamlara cavab verib

Son antikorrupsiya əməliyyatı ilə bağlı hazırda ABŞ-da yaşayan Türkiyənin ünlü din xadimi Fətullah Gülən əfəndiyə qarşı mediada yer alan ittihamlara cavab verilib.
F.Gülənin vəkili Orxan Ərdəmli yazılı açıqlamasında müdafiə etdiyi şəxsə münasibətdə mediada 'hökumətə savaş açmaq, əməliyyat başlatmaq, kirli oyunlar oynamaq, tələ qurmaq” kimi iddiaları pis niyyət və xəyalın məhsulu adlandırıb. Vəkil F.Gülənin bu araşdırmaları və bunları həyata keçirən şəxslərlə hər hansı əlaqəsinin olmadığını söyləyib…Dövlət və xalqlar bu cinayətlərə qarşı mübarizə apardıqları ölçüdə demokratik hüquqi dövlət olmasından danışa bilər. Gündəmdə olan araşdırmaları normal məhkəmə müddətində və soyuqqanlıqla dəyərləndirmək lazımdır.
Araşdırmalarla bağlı bir sıra xəbər və yazılarda müdafiə etdiyim F.Gülənə qarşı ittihamların yönəldilməsi haqsızlıqdır. Belə ittihamlar diqqəti araşdırmadan həbslərin mahiyyətindən uzaqlaşdırmaqdır.

Son gəlişmələr

İstanbul prokurorluğu tərəfindən icra edilən sui-istifadə və rüşvət əməliyyatında nəzarətə alınan 28 adam sağlamlıq testindən keçirilib. Haseki xəstəxanasında sağlamlıq idarəsindən gətirilən şübhəlilərdən 8-i sərbəst buraxılıb. Şübhəlilərdən Kamal Aslan, Murat Cansunar, Yılmaz Çelik, Suphi Vurgeç , Bilir Vakif Yardımağan, Faruk Altunbay , Bahattin Quş, Əhməd Fikri Okumuş azad edilib. Polisin şübhəlilərin xəstəxananın arxa qapısından sərbəst buraxması diqqət çəkib.
Həbs olunanlardan yeddi nəfərinin işi məhkəməyə göndərilib.
Ekspertlər istisna etmirlər ki, Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidovun həbsi Azərbaycan vətəndaşlarının da Türkiyədə korrupsiya və pulların yuyulması faktlarına bağlılığından xəbər verir.
1530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...