Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı növbəti qərar verdi

ReAL sədri iyun ayına qədər azad edilməyəcəyi halda daha ciddi tədbirlər nəzərdə tutan aralıq qətnamə hazırlanacaq

Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı növbəti, altıncı sənədini qəbul etdi.

Bu barədə məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev öz Facebook səhifəsində paylaşıb.

Meydan TV məlumatı oxucularına təqdim edir:

Qərarda Komitənin:

1. Əvvəlki qərar və aralıq qətnamələri xatırladır və aşağıdakılarla bağlı böyük narahatçılıq ifadə edilir:

- Ərizəçi, ona qarşı cinayət işində Avropa Məhkəməsinin qərarı ilə müəyyən edilmiş təməl pozuntulara yol verilməsinə baxmayaraq, hələ də azad edilməyib;

- bu dövrdə onun fiziki toxunulmazlığı ilə bağlı təminat tələblərinə dair heç bir cavab verilməyib;

- indiyə kimi heç bir yerli məhkəmə Avropa Məhkəməsinin Konvensiyanın 5-ci maddəsi ilə birlikdə götürüldükdə 18-ci maddəsinin pozulmasına istinad etməyib və Şəki Apellyasiya Məhkəməsində işə baxılması qeyri-müəyyən müddətə təxinə salınıb;

- hələ də Avropa Məhkəməsinin qərarında göstərilən növ səlahiyyətlərindən sui-istifadə yolu ilə qanunun aliliyinin pozulmasının qarşısını almaq üçün hər hansı uyğun ümumi tədbir barədə məlumat yoxdur;

2. Konvensiyanın 46 § 1 maddəsinə əsasən Azərbaycanın qərarı icra etmə öhdəliyini xatırladaraq, ərizəçinin yubanmadan azad edilməsi və onun fiziki toxunulmazlığına təminat verilməsini Azərbaycan hakimiyyətinə bildirir;

3. İsrarla hakimiyyəti bir daha ona çağırır ki, başqa işlərdə prokuror və ya hakimlər tərəfindən qanunvericiliyin nəzərdə tutduğu məqsədlərdən kənar məqsədlər üçün yanlış tətbiqinin, eləcə də təqsirsizlik prezumpsiyasının yeni pozuntularının qarşısının alınmasından ötrü həyata keçirilmiş və ya nəzərdə tutulmuş tədbirlər haqqında yubanmadan konkret və hərtərəfli məlumat versin;

4. Qərara gəlir ki, bu işə baxılması onun 1259 saylı iclasındı (iyun 2016) davam etdirilsin, Ərizəçi həmin vaxta kimi azad edilməyəcəyi halda Katibliyə göstəriş verir ki, daha ciddi tədbirlər nəzərdə tutan aralıq qətnaməsi layihəsi hazırlasın.
631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı