Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

İlham Əliyev Bodrumda villa tikdirir

İzolyasiya işlərində "POLYFIN" şirkətinin materiallarından istifadə olunur

İlham Əliyev Bodrumda (Türkiyə) villa tikdirir. "POLYFIN" Geomembran Sanayi ve Ticaret A.Ş şirkəti öz facebook səhifəsində qeyd edir ki (https://goo.gl/QlyiwU), izolyasiya işlərində onun materiallarından istifadə olunur.

2013-cü ilin martında Türkiyə KİV-ləri yazırdı ki (http://goo.gl/QVSLTB), İlham Əliyev Bodrumun Yalıkavak ərazisində 13 mln avroya 5 ulduzlu otel alıb. 17 min kv m sahəsi olan oteldə 145 yer var.

"POLYFIN" şirkətinin izolyasiya materiallarından Bakı və Qəbələdə bir çox obyektlərin, o cümlədən: «Gənclik» ticarət mərkəzi, Vergilər Nazirliyi və SOCAR-ın inzibati binalarının, «Sadko» əyləncə mərkəzinin, "Baku White City" şəhərciyinin, Qəbələ Beynəlxalq Hava Limanının və s tikintisində istifadə edilib. ("Turan" İA)
744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber