Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

“Yazılarım atamı qane etmir...”

Ev dustağı olan sabiq müstəntiq Rüfət Səfərov istintaqdan, gələcək planlarından danışdı

Zərdab rayon sabiq müstəntiqi, YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun ev dustaqlığı davam edir. “Yeni Müsavat”a açıqlamasında R.Səfərov son durum barədə danışdı. O dedi ki, istintaqa son dəvətindən 1 ay keçib. Müsahibimizin sözlərinə görə, o vaxtdan bəri dəvət olunmayıb: “Ümumiyyətlə, 2 ay müddətində iki dəfə çağırılmışam”.

R.Səfərov qısamüddətli həbsindən bir müddət sonra telefonuna gələn naməlum zəng sahibləri tərəfindən təhqir olunurdu. Müsahibimiz dedi ki, artıq qapalı nömrələrə blok qoyduğu üçün bu istiqamətdə hər hansı zəng gəlmir.

Ev dustağı olan R.Səfərovun necə fəaliyyət göstərməsi, necə dolanması da maraq mövzusudur. Sabiq müstəntiq dedi ki, hələlik rəsmən hüquqi xidmət göstərmir. Buna səbəb istintaq altında olmasıdır: “Amma ac qalmamaq üçün bəzi dostların köməyi ilə hüquqi xidmət istəyən şəxslərə məsləhət verir, iddia ərizələri, şikayətlər və müqavilələr tərtib edirəm. Bu da təbii ki, ev şəraitində olur. Amma düşünürəm ki, istintaq yekunlaşsa, həbs olunmasam, işləyib, ailəmi dolandıra biləcəyəm”.

Son günlərdə R.Səfərov mətbuatda da sərt yazılarla çıxış edib. “Hüququn qətli” adlı yazısında sabiq müstəntiq Azərbaycan hüquq sistemini sərt formada tənqid edib. R.Səfərov dedi ki, onun yazıları atasını - YAP-çı Eldar Sabiroğlunu qane etmir: “Buna görə də qəti şəkildə etirazlarını edir. Atamla yanaşı, vəkilim də çox sərt etirazlarını bildirdilər. Son yazım olan ”Hüququn qətli" ciddi narazılığa səbəb oldu. Mən isə həmin yazıda olduqca sakit formada qanunların maddələrini şərh etmişəm. Atamı da başa düşürəm. O, klassik və səmimi YAP-çı və Əliyevçidir".

Müsahibimiz bu yazısına görə hökumət tərəfindən hər hansı təzyiqə məruz qalmadığını da vurğuladı. Dedi ki, o, yazılarında əxlaq və mədəniyyətə maksimum üstünlük verir, heç kimin şəxsiyyətinə toxunacaq sözlərə yol vermir və verməyəcək: “Bu, mənim xarakterimə tam yaddır. Mən o yazıda sakit formada, qüvvədə olan normaların şərhini edirəm ki, bunun da siyasətə deyil, hüquqa dəxli var”.
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...