Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

İçərişəhər "Cümə" məscidinin dini icması Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə əlaqədar mərasim keçirdi

"Əyyami-Fatimə (s.ə)" günlərini yaşamaqdayıq. İçərişəhər "Cümə" məscidinin dini icması hüznlü "Əyyami-Fatimə (s.ə.)" günləri ilə əlaqədar əzadarlıq mərasimi keçirib.

Mərasim Həzrət Fatimeyi Zəhranın (s.ə) hüznlü şəhadəti ilə bağlı rovzə oxunması ilə başlanılıb. Şəhadəti əks etdirən rovzə və mərsiyələr oxunub, sinəzənlik edilib.

Daha sonra İçərişəhər "Cümə" məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlu xütbə söyləyib.

Xətib ilk öncə Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətinə toxunaraq, bu mərasimlərin yaşadılmasının önəmindən danışıb.

Daha sonra Hacı İlqar mübarək dinimizin önəmli tövsiyələrindən olan "isar" mövzusunda geniş söhbət edib. Xətib "isar"ın böyük bir dəyər olduğuna vurğu edərək bunun hansı şəraətlərdə meydana çıxdığına, hansı halların "isar" adlanmasının şərtlərinə toxunub.

Əzadarlıq mərasimi duaların edilməsi və cəmlə "Fərəc" duasının oxunması ilə yekunlaşıb.

Qeyd edək ki, Həzrət Fatiməyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi - İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 11-ci ilin səfər ayının 28-dən 75 gün sonra, yəni cəmadiul-əvvəl ayının 13-cü günüdür. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən 95 gün sonra, yəni cəmadius-sani ayının 3-cü günüdür./deyerler/

 

İçərişəhər "Cümə" məscidinin dini icması Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə əlaqədar mərasim keçirdi

 




İçərişəhər "Cümə" məscidinin dini icması Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə əlaqədar mərasim keçirdi

643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber