Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

40 ildən sonra Tehran-Seul hava reysi yenidən bərpa edildi

İran İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra Cənubi Koreya bu ölkənin hava yolları şirkətinə İrana uçuşların həyata keçirilməsi üzrə icazə verib.

Cənubi Koreya xəbər agentliyi Yunhap bildirir ki, Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi bu ölkənin ən iri hava yolları şirkəti olan Cənubi Koreya Hava Yolları Şirkətinə Cənubi Koreyanın ən iri hava limanı olan və paytaxt Seulun ətrafında yerləşən İnçeun hava limanından Tehran istiqamətində həftədə 4 dəfə uçuşlar həyata keçirə biləcəyi barədə lisenziya verib.

Nazirlik bildirib: “İki ölkə arasında birbaşa hava reysinin bərpa edilməsi ticarət əlaqələrinin genişlənməsi və ikitərəfli əlaqələrin möhkəmlənməsinə səbəb olacaq”.
605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP