Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

Erməni kilsəsinə pulsuz qaz verib öz məscidlərimizin işığını kəsmək kafirlik adlanır

Eldəniz Quliyev: “Məscidləri işıqsız qoymaq kafirlikdən başqa bir şey deyil”

Cəlilabadın Xəlil kəndindəki məscidin işığı borca görə kəsilib. Bu barədə virtualaz saytı məlumt verib. Məlumata görə, sayğaca baxış keçirən işıq idarəsinin əmədkaşları məscidin 600 manat borcu olduğunu müəyənləşdirib və bunun ardınca işıqları kəsib.
Maraqlıdır, gürcü, erməni kilsəsinə pulsuz qaz verildiyi bir halda Azərbaycandakı bir məscidin işığını borca görə kəsmək nə dərəcədə doğrudur? Həqiqətənmi ölkəmiz məscidləri pulsuz işıqla təmin edəcək qədər gücə sahib deyil?
Məsələ ilə bağlı moderator-a açıqlama verən Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyev bunun kafirlikdən başqa bir şey olmadığını vurğuladı:
“Məscid Allah evidir. Əgər bunlar bu müqəddəs məkanın işığını kəsirlərsə, deməli, əstəğfürulla, Allahın işığını kəsmək iddiasındadırlar. Bilsinlər ki, bu, son nəticədə çox pis situasiya yaradacaq, çox pis. Belə hörmətsizliyin ömrü 40 gündən artıq olmur. Gec edir, güc edir. Allahın səbri böyükdür, amma eyni zamanda qəzəbi də ağırdı. Erməni kilsəsinə pulsuz qaz verib öz məscidlərimizin işığını kəsmək kafirlik adlanır. Baisə lənət olsun!”
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49