Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2013

Gülər Əhmədovanın da bundan xəbəri yoxdur

Gülər Əhmədovanın təcridxanadan ümumrejimli cəzaçəkmə müəssisəsinə köçürüləcəyi vaxt hələ müəyyənləşməyib.

Azvisiona bu barədə G.Əhmədovanın vəkili Əfsər Talıbov deyib. O bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur.

Vəkil onu da əlavə edib ki, bu gün Gülər Əhmədova barəsində olan hökmdən apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
1678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat